-
Təşəkkür məktubu

Yasmin Rüstəmova

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri  T.e.d. Yasmin Rüstəmovadan Mərkəzi Klinikanın direktoru Həsən Qəndilova təşəkkür məktubu.

2026-06-13

Mərkəzi Kilinik Xəstəxananın
direktoru Həsən Qəndilova


Hörmətli Həsən müəllim,


   Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən V Ürək Çatışmazlığında Yeniliklər Konqresi çərçivəsində təşkil olunmuş “Ürək Çatışmazılığında KT Kursu" 11 iyun 2026- cı il tarixində müəssisənizin ev sahibliyi ilə uğurla keçirilmişdir.

   Kursun yüksək səviyyədə təşkili, iştirakçılar üçün əlverişli tədris mühitinin yaradılması və tədbirin məqsədlərinə uyğun şəkildə həyata keçirilməsi müəssisənizin göstərdiyi dəstək sayəsində mümkün olmuşdur. Bu əməkdaşlıq həkimlərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə mühüm töhfə vermişdir.

   Azərbaycan Kardiologiya Cəmiyyəti ilə müəssisəniz arasında formalaşmış səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğumuzu bildirir, kursun keçirilməsi üçün yaradılmış şəraitə və göstərilmiş dəstəyə görə Sizə dərin minnətdarlığımızı ifadə edirik.


Hörmətlə,
Azərbaycan Kardiologiya Cəmiyyəti

İctimai Birliyinin sədri                                           T.e.d. Yasmin Rüstəmova

Məktubun skan versiyası

Yasmin Rüstəmova — Təşəkkür məktubu

Xəstələrimiz nə deyir

Prof. Dr. Firdovsi İbrahimovTəşəkkür

Prof. Dr. Firdovsi İbrahimov

2026-11-08

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri

FƏXRİ FƏRMAN Vətənə xidmət etmək böyük şərəfdir!   Mərkəzi Klinika olaraq, Prof. Dr. Firdovsi İbrahimovu Vətənə və insan sağlamlığına göstərdiyi xidmətlərə görə təşəkkür edirik!

Tam mesajı oxu
İlham NuriyevTəşəkkür

İlham Nuriyev

2026-07-30

Həkim-uroloq Eldar Abbbasova və tibb işçilərinə minnətdarlıq.

Mərkəzi Klinikada çalışan həkim-uroloq Eldar Abbasova, eləcə də 2-ci mərtəbə, 3-cü blok və 3-cü mərtəbə, 2-ci blokun bütün tibb personalına Göstərdiyiniz yüksək peşəkarlığa, diqqət…

Tam mesajı oxu
Emin AbbasovTəşəkkür

Emin Abbasov

2026-07-28

Oğlu Ömər Abbasovun Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsinə təşəkkürünü bildirir.

Emin Abbasov, oğlu Ömər Abbasovun Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsində müalicə aldığı müddətdə göstərilən yüksək səviyyəli tibbi xidmətə görə Mər…

Tam mesajı oxu