Tibbi laboratoriya
Tibbi laboratoriya – Dəqiq diaqnostika və etibarlı nəticələr
Tibbi laboratoriya – Dəqiq diaqnostika və etibarlı nəticələr
Mərkəzi Klinika-nın Tibbi Laboratoriyası müasir avadanlıqlarla təchiz olunmuş, yüksək spesifiklik və həssaslığa malik analizlər təqdim edir. Təcrübəli həkim-laborant heyəti ilə dəqiq diaqnoz və düzgün müalicə təmin edilir.
Mərkəzi Klinikanın Tibbi Laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa firmalarının istehsalı olan cihazlarla tam təmin olunmuşdur. Təcrübəli və mütəxəssis həkim-laborant heyəti ilə yüksək spesifiklik və həssaslıqla analizlər aparılır, bu da dəqiq diaqnoz və düzgün müalicəni təmin edir.
Laboratoriyada aşağıdakı bölmələr fəaliyyət göstərir:
- Biokimya
- İmmuno-serologiya
- Mikrobiologiya
- Genetika
- Patohistologiya
Laboratoriyamız dünya laboratoriyaları arasında keçirilən xarici nəzarət proqramlarında (Medical Services Proficiency Testing) iştirak edir və həmin qrupun sertifikatı ilə dəfələrlə təltif olunub.
Analizlərin nəticələri elektron qaydada xəstələrə təqdim olunur, bu da vaxt itkisini azaldır və xəstələrin rahatlığını təmin edir.
Unutmayın, cavabların doğru və güvənli olması üçün vacibdir:
- Xəstədən nümunənin uyğun şəraitdə alınması
- Nümunənin uyğun şərtlərdə saxlanılması
- Nümunənin analizə qədər düzgün şəkildə daşınması
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.








