Mama-ginekologiya
Mama-Ginekologiya – Müasir və etibarlı qadın sağlamlığı xidmətləri
Mama-Ginekologiya – Müasir və etibarlı qadın sağlamlığı xidmətləri
Azərbaycanda qadın sağlamlığının qorunması və inkişafı üçün Mərkəzi Klinika müasir tibbin ən son nailiyyətlərini tətbiq edən Mama-Ginekologiya şöbəsi ilə xidmətinizdədir.
Mərkəzi Klinikanın Mama-Ginekologiya şöbəsi dünya standartlarına uyğun müasir və etibarlı xidmətlər göstərməkdədir. Şöbə qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və doğuşla əlaqədar problemlərin həllində müasir tibbin bütün yeniliklərini tətbiq edir.
Şöbəmiz aşağıdakı sahələrdə yüksək keyfiyyətli xidmətlər təqdim edir:
- Sonsuzluq müalicəsi və psixoloji konsultasiya xidmətləri
- Süni mayalanma və embrionların genetik araşdırılması (PGD)
- Təkrarlanan düşüklərin səbəblərinin araşdırılması və müalicəsi
- Prenatal diaqnoz və riskli hamiləliklərin təqibi
- Doğuşun idarə olunması və doğuş sonrası baxım
- Hamiləlik öncəsi və zamanı genetik xəstəliklərin araşdırılması
- Dölün ürək döyüntüsünün təqibi və bətndaxili ürək exo-kardioqrafiyası
Şöbəmizdə həmçinin aşağıdakı cərrahi əməliyyatlar həyata keçirilir:
- Uşaqlıqda aparılan əməliyyatlar (total abdominal histerektomiya, vaginal histerektomiya və s.)
- Vulva, vaginada və uşaqlıq boynunda aparılan plastik əməliyyatlar
- Uşaqlıq artımlarında aparılan laparoskopik əməliyyatlar
- Histeroskopik əməliyyatlar (bütün növ diaqnostik və cərrahi histeroskopik əməliyyatlar)
Şöbəmizdə fəaliyyət göstərən təcrübəli qadın uroloqumuz tərəfindən sidik saxlamamazlığı və digər uroloji problemlərin diaqnostikası və müalicəsi həyata keçirilir.
2004-cü ildən etibarən Mərkəzi Klinikada fəaliyyət göstərən süni mayalanma xidməti ilə yüzlərlə cütlüklərə körpə sevinci bəxş edilmişdir. Xidmətimiz genetiklər, embrioloqlar, psixoloqlar və tibbi koordinatorlardan ibarət peşəkar komanda tərəfindən həyata keçirilir.
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.














