Mərkəzlərimiz
Fəaliyyət göstərdiyimiz ünvanlarMərkəzi Klinika - Stomatologiya
Sağlam və estetik gülüş üçün peşəkar xidmətlər

Mərkəzi Klinika - Stomatologiya
2015-ci ildə fəaliyyətə başlayan Mərkəzi Klinika - Stomatologiya Mərkəzi, 527.71 kvadratmetrlik müasir sahədə xidmət göstərir. Mərkəzdə 9 stomatoloji kabinet, 2 laboratoriya və 1 sterilizasiya otağı yerləşir. Peşəkar həkimlər və ən son avadanlıqlarla təmin olunmuş mərkəz, diş həkimliyi sahəsində geniş spektrli stomatoloji xidmətlər təqdim edir.
Xidmətlərimizə dişlərin müntəzəm yoxlanışı (check-up), diş gigiyenası, ağardılması, estetik restavrasiyalar, kariyes və kanal müalicəsi, keramika taxmaları, vinir və luminirlər, müxtəlif növ protezlər və uşaqlar üçün stomatoloji xidmətlər daxildir. 5 mərhələli Amerika standartları üzrə sterilizasiya prosesi yüksək təhlükəsizlik təmin edir.
Mərkəzi Klinika Stomatologiya – sağlam və gözəl təbəssümünüzün ünvanı.
Hər zaman xidmətinizdə!







