Ortopediya-travmatologiya, idman həkimliyi
Sümük-əzələ sağlamlığınız üçün peşəkar yanaşma
Sümük-əzələ sağlamlığınız üçün peşəkar yanaşma
Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Artroskopik Cərrahiyyə şöbəsi sümük-əzələ sistemi xəstəliklərinin diaqnostikası, cərrahi və konservativ müalicəsi, eləcə də reabilitasiyası sahəsində beynəlxalq standartlara uyğun, müasir tibbi xidmətlər təqdim edir. Şöbədə yüksək ixtisaslı mütəxəssislər tərəfindən hər bir pasiyent üçün fərdiləşdirilmiş müalicə strategiyası hazırlanır və müalicənin bütün mərhələləri multidissiplinar yanaşma əsasında həyata keçirilir.
Şöbənin əsas fəaliyyət istiqamətlərinə travma cərrahiyyəsi, idman zədələrinin diaqnostika və müalicəsi, artroskopik cərrahiyyə, çiyin, diz və ayaq biləyi patologiyalarının müalicəsi, oynaq endoprotezləşdirilməsi (artroplastika), uşaq ortopediyası, əl cərrahiyyəsi, fizioterapiya və tibbi reabilitasiya daxildir.
Artroskopik cərrahiyyə sahəsində çiyin oynağının qeyri-sabitliyi, təkrarlayan çıxıqlar, rotator manşet yırtıqları, labrum zədələri, diz bağlarının (ACL, PCL) və menisklərin zədələri, qığırdaq patologiyaları, eləcə də digər oynaq xəstəlikləri minimal invaziv üsullarla uğurla müalicə olunur. Bu müasir cərrahi yanaşma daha kiçik kəsiklər, daha az əməliyyat sonrası ağrı, qısa hospitalizasiya müddəti və pasiyentin gündəlik həyatına daha sürətli qayıdışını təmin edir.
Travma cərrahiyyəsi istiqamətində sadə və mürəkkəb sınıqların, oynaqdaxili zədələrin, çıxıqların və yumşaq toxuma travmalarının müalicəsində ən son osteosintez texnologiyaları və beynəlxalq qəbul olunmuş cərrahi prinsiplər tətbiq edilir. Müalicənin əsas məqsədi anatomik bərpanın təmin edilməsi, funksiyanın maksimum səviyyədə qorunması və pasiyentin aktiv həyat tərzinə təhlükəsiz şəkildə qayıtmasıdır.
İdman həkimliyi sahəsində peşəkar və həvəskar idmançılar üçün zədələrin profilaktikası, erkən diaqnostikası, konservativ və cərrahi müalicəsi, eləcə də idmana təhlükəsiz qayıdış proqramları hazırlanır. Müalicə planı hər bir pasiyentin yaşı, fiziki aktivliyi və funksional ehtiyacları nəzərə alınaraq fərdi qaydada tərtib edilir.
Şöbənin fizioterapiya və reabilitasiya bölməsində müasir tibbi avadanlıqlar və elmi sübutlara əsaslanan reabilitasiya protokolları tətbiq olunur. Fərdiləşdirilmiş bərpa proqramları ağrının azaldılmasına, oynaq hərəkətliliyinin və əzələ gücünün bərpasına, həmçinin pasiyentlərin gündəlik və idman fəaliyyətinə ən qısa müddətdə təhlükəsiz şəkildə qayıtmasına xidmət edir.
Sümük, oynaq, əzələ və bağ zədələri, travmalar, idman zədələri, çiyin və diz problemləri ilə bağlı müraciətlərinizdə Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Artroskopik Cərrahiyyə şöbəsində yüksək səviyyəli, müasir və etibarlı tibbi xidmətlərdən yararlana bilərsiniz.
Xidmətlər
Sümük-oynaq sağlamlığı, zədələrin qarşısının alınması və reabilitasiya üzrə geniş xidmətlər
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.






