Pulmonologiya
Pulmanologiya
Pulmanologiya
Pulmonologiya bölməsində bronx-ağciyər xəstəliklərinin - bronxit, pnevmoniya (ağciyərlərin iltihabı), bronxial astma və s. müalicəsi aparılır. Bəlğəmin bakterioloji müayinəsi, immunoloji vəziyyətin müayinəsi, bronx-ağciyər sistemində iltihabı prosesin aktivlik dərəcəsinin və. s yoxlanılması peşəkar həkimlər tərəfindən və müasir üsullar ilə həyata keçirilir.
Mərkəzi Klinikada xəstələr üçün yaradılmış rahat şərait, həkimlərin peşəkarlığı və müalicənin müasir üsullarla aparılması xəstələrin tez bir zamanda sağalmasına zəmin yaradır.
Pulmonologiya bölümündə aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi aparılır:
Yuxarı və aşağı tənəffüs orqanlarının kəskin respirator infeksiyaları:
• KRVİ
• Kəskin Bronxit
• Faringit
• Traxeit
• Pnevmoniya
Ağciyərlərin xroniki xəstəlikləri (aşağı tənəffüs yolları):
• Xroniki bronxit
• Emfizema
• Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri
• Bronxial astma
• Bronxektaziya xəstəliyi
Xarici faktorların təsiri ilə yaranan ağciyər xəstəlikləri:
• Kömürçü pnevmokoniozu (asbestdən və tərkibində silisium olan digər mineral maddələrdən başlayaraq)
• Qaz, tüstü, buxar və digər kimyəvi maddələrlə tənəffüs zamanı yaranan respirator xəstəliklər
• Tənəffüs orqanlarının digər xəstəlikləri:
• Fibrozlaşmış alveolit
• Plevritlər
• Aspergillyoz
• Bronxiolit
• Ağciyərlərin infarktı
• Ağciyərlərin kandidozu
• Pnevmoskleroz
• Sarkoidoz
• Hiperventilyasiya sindromu
Klinikamızda aşağıdakı müayinə üsullarından istifadə olunur:
• Ağciyər və döş qəfəsi xəstəliklərinin diaqnostikası və müalicəsi
• Tənəffüs funksiya testləri
• Açılma testi
• Bronx-provokasiya testi
• Maksimal ventilyasiya həcmi
• CO diffuziya testi
• Adi spirometriya
• O2 yuma testi
• Fiberoptik bronxoskopiya (diaqnostik və müalicəvi)
• Bronx daxili dərman yeridilməsi
• Bronxoskopik biopsiyalar
• Transbronxial biopsiyalar
• Bronxların lavajı
• Bronxo-alveolyar lavaj
• Plevral punksiya (torakosentez) (diaqnostik və müalicəvi)
• Plevrodez (plevra və vərəqlərinin yapışdırılması)
• Plevra boşluğunun drenajı
• Plevra boşluğunun lavajı
• Pnevmotoraks zamanı plevra boşluğunda hava aspirasiyası
• Plevra biopsiyası
• Transtorakal iynə aspirasiya biopsiyası
• Kompüter tomoqrafiya üsulu ilə transtorakal iynə aspirasiyası və Tru-cut biopsiyası
• Nebulizator vasitəsi ilə buxar və dərman müalicəsi
• Pre-op və Post-op Ağciyərin funksiya göstəricilərinin hesablanması
• Saturasiyanın ölçülməsi
• Qan qazlarının ölçülməsi
• O2 terapiya
• Həyati göstəricilərə görə süni tənəffüs aparatına qoşma
• Diaqnostik dəri testləri
• Ağciyərlərin Kompüter Tomoqrafiyası
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.




