-
Təşəkkür məktubu

Sevil Allahverdiyeva

Müalicəyə görə dərin minnətdarlığımı bildirirəm.

2026-07-12

TƏŞƏKKÜR MƏKTUBU

Hörmətli Dr. Köksal Holoğlu,

Mən, Azərbaycan Respublikası vətəndaşı Allahverdiyeva Sevil İsmayıl qızı, 2026-cı ilin iyun–iyul aylarında Bakı şəhərində, Mərkəzi Klinika MMC-nin Poliklinik bölməsində fəaliyyət göstərən "Romatem Bakü" Fiziki Müalicə və Reabilitasiya Mərkəzində fiziki müalicə və reabilitasiya xidməti almışam.

Məndə mövcud olan ağır dərəcəli osteoporoz, onurğa və oynaq problemləri, hərəkət məhdudiyyəti və xroniki ağrılar səbəbindən reabilitasiya müalicəsi mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Müalicə müddətində "Romatem Bakü" əməkdaşları tərəfindən mənə göstərilən peşəkar tibbi xidmət, insani yanaşma və həssas münasibət məndə dərin məmnunluq və minnətdarlıq hissi yaratmışdır.

"Romatem Bakü" Fiziki Müalicə və Reabilitasiya Mərkəzinin rəhbəri kimi tanıdığım fizioterapiya həkimi Dr. Sinan Yılmaz sağlamlıq vəziyyətimi qiymətləndirmiş, mənim üçün müəyyən edilmiş fiziki müalicə və reabilitasiya proqramının həyata keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirmiş və müalicə müddətində sağlamlıq vəziyyətimə və hərəkət qabiliyyətimə uyğun tibbi nəzarəti təmin etmişdir. Onun yüksək peşə biliyi və təcrübəsi, xəstələrlə ünsiyyəti, müalicə prosesində göstərdiyi diqqət və həssaslıq mənə həm fiziki, həm də mənəvi baxımdan böyük dəstək olmuşdur.

Ertuğrul Cüma bəy müalicəvi və funksional məşqləri səbir və diqqətlə yerinə yetirməyimə kömək etmiş, ayağa qalxmaq, tarazlığımı qorumaq və yerimə qabiliyyətimin inkişaf etdirilməsinə mühüm töhfə vermişdir.

Koordinator Nərgiz Sultanova qəbul və müalicə prosesinin təşkili, xidmətlərin koordinasiyası, rəhbərliklə aramdakı əlaqənin qurulması və müraciətlərimin aidiyyəti şəxslərə çatdırılmasında mənə əhəmiyyətli dəstək göstərmişdir. Onun peşəkar, diqqətli, anlayışlı və həssas yanaşması müalicə müddətində mənim üçün xüsusi önəm kəsb etmişdir.

Aysel Allahverdiyeva fiziki müalicə və elektroterapiya prosedurlarını həyata keçirərkən mənə son dərəcə diqqətli və nəzakətli yanaşmış, prosedurlar zamanı sağlamlıq vəziyyətimlə yaxından maraqlanmışdır.

Adları qeyd olunan əməkdaşların peşəkar yanaşması ayağa qalxmaq, tarazlığımı qorumaq və yerimə qabiliyyətimin yaxşılaşmasına müsbət təsir göstərmiş, mənə həm fiziki, həm də mənəvi güc vermişdir.

Mən həm sağlamlıq vəziyyəti və hərəkət imkanları məhdud olan bir insan, həm də əlilliyi olan bir övladın anasıyam. Gündəlik həyat fəaliyyətimi davam etdirə bilməyim və övladıma lazımi qayğı və dəstəyi göstərməyim mənim üçün son dərəcə vacibdir. "Romatem Bakü" əməkdaşları bu xüsusi vəziyyətimi anlayışla qarşılamış və müalicə müddətində mənə böyük həssaslıqla yanaşmışlar.

Xüsusilə qeyd etmək istərdim ki, Romatem Sağlamlıq Qrupunun insan sağlamlığına, xəstə məmnuniyyətinə və peşəkar reabilitasiya xidmətlərinə verdiyi önəm Bakıdakı mərkəzdə də aydın şəkildə hiss olunur.

Xahiş edirəm, minnətdarlığım "Romatem Bakü" rəhbərliyinə, fizioterapiya və müalicə həkimim Dr. Sinan Yılmaza, Ertuğrul Cüma bəyə, Aysel Allahverdiyevaya və Koordinator Nərgiz Sultanovaya çatdırılsın. Onların məsuliyyətli, peşəkar və humanist fəaliyyətinin Romatem Sağlamlıq Qrupu rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsini hörmətlə xahiş edirəm.

Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına töhfə verən bütün Romatem əməkdaşlarına təşəkkür edir, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Allahverdiyeva Sevil İsmayıl qızı

Məktubun skan versiyası

Sevil Allahverdiyeva — Təşəkkür məktubu

Xəstələrimiz nə deyir

Emin AbbasovTəşəkkür

Emin Abbasov

2026-07-28

Oğlu Ömər Abbasovun Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsinə təşəkkürünü bildirir.

Emin Abbasov, oğlu Ömər Abbasovun Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsində müalicə aldığı müddətdə göstərilən yüksək səviyyəli tibbi xidmətə görə Mər…

Tam mesajı oxu
Yasmin RüstəmovaTəşəkkür

Yasmin Rüstəmova

2026-06-13

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri  T.e.d. Yasmin Rüstəmovadan Mərkəzi Klinikanın direktoru Həsən Qəndilova təşəkkür məktubu.

Mərkəzi Kilinik Xəstəxananındirektoru Həsən Qəndilova Hörmətli Həsən müəllim,    Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən V Ürək Çatışmazlığında Yeniliklər Konqresi çərçivəsi…

Tam mesajı oxu
Sevil BayramovaTəşəkkür

Sevil Bayramova

2026-05-20

Əməliyyata görə dərin minnətdarlığım

Mən, Bayramova Sevil, bildirirəm ki, Mərkəzi Kliniki Xəstəxanasının ginekoloji şöbəsində peşəkar mütəxəssisi Mahirə xanım İsmayılovanın rəhbərliyi altında əməliyyat olunmuşam.

Tam mesajı oxu