Əziz Mərkəzi Klinika əməkdaşları,
3 ay öncə anama mama-ginekologiya şöbəsində mürəkkəb əməliyyat edildi. Doktor Sevda xanım və bütün heyət əməliyyatın hər mərhələsində bizi məlumatlandırdı, anam üçün ən rahat şəraiti yaratdı.
O indi tam sağaldı və biz hər gün dua edirik ki, sizin kimi peşəkarlar daha çox olsun. Klinikanızda hökm sürən səmimi mühit hər bir xəstə üçün böyük dəstəkdir.
Bu hekayəni paylaşıram ki, mənim kimi narahat olan ailələr bilsin: Mərkəzi Klinikada əmin əllərdə olacaqsız.
Səmimi hörmətlə, Aysel Hüseynova




