-
Təşəkkür məktubu

Aysel Hüseynova

Anama edilən ginekologiya əməliyyatına görə təşəkkürlər

2026-05-15

Əziz Mərkəzi Klinika əməkdaşları,

3 ay öncə anama mama-ginekologiya şöbəsində mürəkkəb əməliyyat edildi. Doktor Sevda xanım və bütün heyət əməliyyatın hər mərhələsində bizi məlumatlandırdı, anam üçün ən rahat şəraiti yaratdı.

O indi tam sağaldı və biz hər gün dua edirik ki, sizin kimi peşəkarlar daha çox olsun. Klinikanızda hökm sürən səmimi mühit hər bir xəstə üçün böyük dəstəkdir.

Bu hekayəni paylaşıram ki, mənim kimi narahat olan ailələr bilsin: Mərkəzi Klinikada əmin əllərdə olacaqsız.

Səmimi hörmətlə, Aysel Hüseynova

Məktubun skan versiyası

Aysel Hüseynova — Təşəkkür məktubu

Xəstələrimiz nə deyir

Prof. Dr. Firdovsi İbrahimovTəşəkkür

Prof. Dr. Firdovsi İbrahimov

2026-11-08

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri

FƏXRİ FƏRMAN Vətənə xidmət etmək böyük şərəfdir!   Mərkəzi Klinika olaraq, Prof. Dr. Firdovsi İbrahimovu Vətənə və insan sağlamlığına göstərdiyi xidmətlərə görə təşəkkür edirik!

Tam mesajı oxu
İlham NuriyevTəşəkkür

İlham Nuriyev

2026-07-30

Həkim-uroloq Eldar Abbbasova və tibb işçilərinə minnətdarlıq.

Mərkəzi Klinikada çalışan həkim-uroloq Eldar Abbasova, eləcə də 2-ci mərtəbə, 3-cü blok və 3-cü mərtəbə, 2-ci blokun bütün tibb personalına Göstərdiyiniz yüksək peşəkarlığa, diqqət…

Tam mesajı oxu
Emin AbbasovTəşəkkür

Emin Abbasov

2026-07-28

Oğlu Ömər Abbasovun Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsinə təşəkkürünü bildirir.

Emin Abbasov, oğlu Ömər Abbasovun Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsində müalicə aldığı müddətdə göstərilən yüksək səviyyəli tibbi xidmətə görə Mər…

Tam mesajı oxu