Uşaq kardiologiyası
Peşəkar və etibarlı xidmət
Peşəkar və etibarlı xidmət
Uşaq kardiologiyası 0–18 yaş arası uşaqlarda ürək və qan-damar sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və izlənməsi ilə məşğul olan tibb sahəsidir. Bu sahənin həkimləri anadangəlmə və sonradan yaranan ürək xəstəliklərini qiymətləndirir və müalicə edirlər
Uşaq kardioloquna müraciət üçün səbəblər bunlar ola bilər:
- Ürək küyünün aşkarlanması
- Tez yorulma və ya nəfəs darlığı
- Sinə ağrısı
- Ürəkdöyünmə və ya ritm pozğunluğu
- Dodaqlarda və ya dırnaqlarda göyərmə
- Bayılma halları
- Anadangəlmə ürək qüsuruna şübhə
Müayinə zamanı ən çox istifadə olunan üsullar:
- Elektrokardioqrafiya (EKQ)
- Exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi)
- Holter EKQ (24 saatlıq ritm izlənməsi)
- Lazım olduqda digər görüntüləmə və laborator müayinələr.
Həkimlərimiz
Onlayn qəbula yazıl
Asan, sürətli və əlçatan qəbul yazılması.






