-

Endokrinologiya

Peşəkar və etibarlı xidmət
Endokrinologiya

Peşəkar və etibarlı xidmət

Endokrinologiya — insan orqanizmində hormonların istehsalını, tənzimlənməsini və onların orqan və toxumalara təsirini öyrənən tibb sahəsidir. Bu sahə əsasən endokrin vəzilər adlanan hormon ifraz edən vəzilərlə məşğuldur.

Əsas endokrin vəzilər bunlardır:

  • Hipofiz vəzisi
  • Qalxanabənzər vəz (tiroid)
  • Qalxanabənzəraltı vəzilər (paratiroid)
  • Böyrəküstü vəzilər
  • Mədəaltı vəzi (pankreas — xüsusilə insulin və qlükaqon)
  • Cinsiyyət vəziləri (yumurtalıq və xayalar)

Endokrinologiyanın öyrəndiyi əsas xəstəliklər:

  • Şəkərli diabet (Diabet)
  • Qalxanabənzər vəzi xəstəlikləri (hipotiroidizm, hipertiroidizm, zob və s.)
  • Hormonal disbalanslar
  • Böyrəküstü vəz xəstəlikləri
  • Boy artımı və inkişaf pozğunluqları
  • Menstrual pozğunluqlar və sonsuzluq səbəbləri

Endokrinoloq kimdir?

Endokrinoloq — bu sistemlə əlaqəli xəstəliklərin diaqnostika və müalicəsini aparan həkimdir. Əgər hormonlarla bağlı bir probleminiz varsa (məsələn, əhval dəyişkənliyi, kökəlmə, arıqlama, yorğunluq, menstrual dövr pozğunluğu, sızanaqlar, tüklənmə artımı və s.), endokrinoloqa müraciət etmək məsləhətdir. Endokrinologiya – orqanizmin hormon sistemi, maddələr mübadiləsi və daxili vəzilərlə bağlı xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan sahədir.

Mərkəzi Klinikanın endokrinoloqları aşağıdakı problemlərin müayinəsini və müalicəsini həyata keçirir:

  • Qalxanabənzər vəz xəstəlikləri (hipotireoz, hipertiroidizm, zob və s.)
  • Şəkərli diabet və onun fəsadları
  • Obezite və artıq çəki ilə bağlı problemlər
  • Hormonal pozğunluqlar (menstrual sikl pozuntuları, sonsuzluq, menopauza və s.)
  • Osteoporoz və digər maddələr mübadiləsi xəstəlikləri

Mərkəzi Klinikada müayinə və müalicələr müasir tibbi avadanlıqlar və beynəlxalq klinik protokollara uyğun şəkildə həyata keçirilir.

Sağlam hormon balansı sağlam həyatın təməlidir!

Müayinələrinizi vaxtında edin.

 

Həkimlərimiz

  • Dr. Sevil Quliyeva
    Endokrinoloq

    Dr. Sevil Quliyeva

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Səbinə Cəfərova
    Endokrinoloq

    Dr. Səbinə Cəfərova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Samirə Mərdanova
    Endokrinoloq

    Dr. Samirə Mərdanova

    Mütəxəssis

    arrow rightbio
Onlayn qəbula yazıl

Asan, sürətli və əlçatan qəbul yazılması.

arrow rightQəbul üçün yazıl

Foto qalereya

Video qalereya