-

Dermatologiya

Peşəkar və etibarlı xidmət
Dermatologiya

Peşəkar və etibarlı xidmət

Dermatologiya — dəri, saç, dırnaq və selikli qişaların xəstəliklərinin diaqnostikası, müalicəsi, profilaktikası və estetik sağlamlığının qorunması ilə məşğul olan tibbi sahədir. Dəri insan orqanizminin ən böyük orqanı olduğuna görə dermatologiya həm yerli dəri problemlərini, həm də bəzi daxili xəstəliklərin dəri üzərindəki əlamətlərini araşdırır.

Dermatoloqlar müxtəlif dəri xəstəliklərinin, o cümlədən akne (sızanaq), ekzema, psoriaz, dermatitlər, allergik dəri reaksiyaları, göbələk infeksiyaları, dəri infeksiyaları, saç tökülməsi, dırnaq xəstəlikləri və piqment pozğunluqlarının diaqnostika və müalicəsini həyata keçirirlər. Həmçinin dəridə yaranan xoşxassəli törəmələrin və dəri xərçənginin erkən aşkarlanması və nəzarəti dermatologiyanın mühüm istiqamətlərindən biridir.

Müasir dermatologiya dəqiq diaqnostika və effektiv müalicə üçün dermatoskopiya, laborator müayinələr, biopsiya, lazer texnologiyaları, krioterapiya, fototerapiya və digər müasir üsullardan istifadə edir. Bundan əlavə, estetik dermatologiya sahəsində dəri sağlamlığının və görünüşünün yaxşılaşdırılması üçün müxtəlif prosedurlar tətbiq olunur.

Dermatologiya yalnız dəri xəstəliklərinin müalicəsi ilə məhdudlaşmır, eyni zamanda sağlam dərinin qorunması, yaşlanma prosesinin idarə olunması, dəriyə düzgün qulluq prinsiplərinin öyrədilməsi və xəstəliklərin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirləri də əhatə edir. Bu sahə bütün yaş qruplarında olan insanların dəri, saç və dırnaq sağlamlığının qorunmasında mühüm rol oynayır.

Dermatologiya bölməmizdə aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi həyata keçirilir:

• Psoriaz (hormonal preparatlardan istifadə etmədən müasir yüksək effektli dərman vəfizioterapevtik müalicə);
• Virus mənşəli xəstəliklər (adi herpes və onkoviruslar daxil olmaqla)
• Ekzema
• Dermatozlar
• Dermatitlər (allergik, atopik, kontakt)
• Eksudativ diatez
• Frunkulyoz
• Dərinin, dırnaqların və saç dibinin göbələk xəstəlikləri
• Dərinin mikozu və kandida mikozu
• Qasıq və ayaq barmaqarası epidermofitiyası
• Əlvan dəmirov
• Seboreya, akne (sızanaqları), dəri yağlanması
• Övrə
• Toksikodermiya
• Kəmərləyici dəmirov
• Çəhrayi dəmirov
• Allopesiya (saç tökülməsi)
• Dərinin irinli xəstəlikləri
• Dərinin və başın tüklü hissəsinin parazitar xəstəlikləri
• Ziyil və döymələr
• Papillomaların, kondilomaların demodeks, kontaqioz moluskların ləğv edilməsi
• Dərinin zoonoz infeksiyaları
• Dərinin piqment dəyişiklikləri (hamiləlik, günəş)
• Dərinin xoş xassəli və bəd xassəli törəmələri
• Dərinin virus xəstəlikləri
• Müxtəlif dermatoloji xəstəliklərin müalicəsi

Həmçinin bir sıra kosmetoloji müayinələr
Kontur plastikası (üzün cərrahi əməliyyatsız korreksiyası)
Mimik qırışların açılması(botoks, disport)

Müalicə üsulları
1. Dəri yama testləri (kontakt dermatitlərdə).
2. İntralezional (səpgidaxili) inyeksiyalar.
3. Elektrokoaqulyasiya.
4. Paterji testləri (Behçet xəstəliyi)
5. Dəri və toxumalarda Punch’ biopsiyalar.

Cinsi yolla yayılan müxtəlif dəri xəstəliklərinin müalicəsini həkim-veneroloqlar həyata keçirir.

Hər bir müalicə üsulu xəstənin yaşından, xəstəliyin etiologiya və klinikasından asılı olaraq individual şəkildə seçilir.
Bizim klinikamızda müalicənin yüksək nəticələri müasir tibbi preparatlar və texnologiyalar əsasında əldə edilir.
Təkmilləşmiş laboratoriyada müxtəlif növ analizlər, diaqnostik müayinələr (immunoloji, mikrobioloji, biokimyəvi, patohistoloji və s.) aparılır.

Dermatologiya bölməmizdə xəstələrə ciddi sanitar-gigiyenik qaydalar əsasında və tam anonim şəraitdə xidmət göstərilir.

Həkimlərimiz

  • Dr. Azadə Məmmədova
    Dermatoveneroloq

    Dr. Azadə Məmmədova

    Mütəxəssis

    arrow rightbio
Onlayn qəbula yazıl

Asan, sürətli və əlçatan qəbul yazılması.

arrow rightQəbul üçün yazıl

Foto qalereya

Video qalereya