Qastroenterologiya
Peşəkar və etibarlı xidmət
Peşəkar və etibarlı xidmət
Qastroenterologiya, İnvaziv Endoskopiya və Hepatologiya şöbəsi mədə-bağırsaq sistemi, qaraciyər və öd yolları xəstəliklərinin müasir diaqnostika və müalicəsini təmin edən ixtisaslaşmış tibbi mərkəzdir. Şöbəmizdə yüksək ixtisaslı həkim-gastroenteroloqlar, hepatoloqlar və endoskopistlər pasiyentlərə beynəlxalq standartlara uyğun, elmi əsaslı və fərdi yanaşma ilə xidmət göstərirlər.
İnvaziv endoskopiya bölməmizdə endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP), polipektomiya, mukozal rezeksiyalar, mukozal deseksiya, axalaziyanın endoskopik müalicəsi (POEM) və qanaxmaların endoskopik müalicəsi kimi qabaqcıl prosedurlar süni intellect dəstəkli endoskoplar vasitəsilə həyata keçirilir.
Hepatologiya sahəsində qaraciyər xəstəliklərinin erkən diaqnostikası, qaraciyər biopsiyası, xroniki hepatitlərin müasir müalicəsi, siroz və transplantasiya sonrası pasiyentlərin izlənməsi xüsusi diqqət mərkəzindədir.
Şöbəmiz həmçinin elmi-tədqiqat, tədris və rezidentura proqramları ilə də seçilir. Əsas məqsədimiz – pasiyent məmnuniyyətini, təhlükəsizliyi və müalicə nəticələrinin effektivliyini təmin etməkdir.
Qastroenterologiya — həzm sistemi orqanlarının xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibbi ixtisas sahəsidir. Bu sahə qida borusu, mədə, nazik və yoğun bağırsaqlar, qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzi kimi orqanların funksiyalarını və xəstəliklərini öyrənir.
Qastroenteroloqlar həzm sistemi ilə bağlı geniş spektrli xəstəliklərin, o cümlədən qastrit, mədə və onikibarmaq bağırsaq xorası, qastroezofageal reflüks xəstəliyi (GERD), irritabl bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri (Kron xəstəliyi və xoralı kolit), qaraciyər xəstəlikləri, hepatitlər, öd daşı xəstəliyi, pankreatit və digər mədə-bağırsaq pozğunluqlarının diaqnostika və müalicəsini həyata keçirirlər.
Qastroenterologiyada müasir diaqnostik üsullardan geniş istifadə olunur. Bunlara endoskopik müayinələr (qastroskopiya və kolonoskopiya), ultrasəs müayinəsi, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiya (MRT), laborator analizlər və biopsiya daxildir. Bu üsullar xəstəliklərin erkən aşkarlanmasına və dəqiq müalicə planının hazırlanmasına imkan verir.
Müasir qastroenterologiyada dərman müalicəsi ilə yanaşı, endoskopik müdaxilələr, minimal invaziv prosedurlar və fərdi müalicə yanaşmaları tətbiq edilir. Qastroenteroloqlar həmçinin düzgün qidalanma, sağlam həyat tərzi və profilaktik tədbirlər vasitəsilə həzm sistemi xəstəliklərinin qarşısının alınmasına xüsusi diqqət yetirirlər.
Qastroenterologiya şöbəsinin əsas məqsədi xəstələrin həzm sisteminin sağlamlığını qorumaq, xəstəlikləri vaxtında aşkar etmək, effektiv müalicə aparmaq və pasiyentlərin həyat keyfiyyətini yüksəltməkdir.
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.







