Mərkəzlərimiz
Fəaliyyət göstərdiyimiz ünvanlarMərkəzi Klinika - Gəncə Xəstəxanası
Gəncə regionunda qabaqcıl tibbi xidmət

Mərkəzi Klinika-Gəncə Xəstəxanası
Mərkəzi Klinikanın keyfiyyət standartları əsasında fəaliyyət göstərən Gəncə Müalicə Diaqnostika Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə inşa edilmişdir.
02.11.2011-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Gəncə Müalicə-Diaqnostika Mərkəzi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin balansına verilmişdir.
Həmin tarixdən etibarən müəssisədə əsaslı təmir, yenidənqurma və modernləşdirmə işləri aparılataq regionun ən böyük, müasir və çoxprofilli səhiyyə müəssisələrindən birinə çevrilmişdir.
01.03.2012-ci il tarixindən etibarən "Mərkəzi Klinika" MMC ilə Gəncə Müalicə-Diaqnostika Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkili istiqamətində birgə fəaliyyətə başlanılmışdır.
Qısa müddət ərzində peşəkar həkim kollektivi, yüksək keyfiyyətli tibbi xidmətləri və müasir infrastrukturu sayəsində Mərkəzi Klinika Gəncə Xəstəxanası regionun aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir.
Xəstəxananın ümumi həyətyanı sahəsi 22 000 m², bina sahəsi isə 12 000 m² təşkil edir. Dünya standartlarına uyğun qurulmuş xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunmuş, yüksək ixtisaslı həkim və tibb heyəti ilə 7 gün, 24 saat fasiləsiz fəaliyyət göstərir. Burada yalnız bölgə əhalisinə deyil, respublikanın müxtəlif bölgələrindən müraciət edən pasiyentlərə, eləcə də xarici vətəndaşlara yüksək səviyyəli tibbi xidmət təqdim olunur.
Xəstəxanada fəaliyyət göstərən həkimlər ölkənin aparıcı tibb müəssisələrində, o cümlədən Bakıdakı Mərkəzi Klinikada və xarici ölkələrdə peşəkar təcrübə qazanmış mütəxəssislərdir. Onlar mütəmadi olaraq ixtisasartırma kurslarında, elmi seminar və beynəlxalq konfranslarda iştirak edərək bilik və bacarıqlarını daim təkmilləşdirirlər.
Mərkəzi Klinika Gəncə Xəstəxanasında 7 müasir əməliyyat otağı, 4 ayılma otağı, Anesteziologiya və Əməliyyatxana şöbəsi, həmçinin Reanimasiya və İntensiv Terapiya şöbəsi fəaliyyət göstərir. Reanimasiya bölməsi ümumilikdə 17 çarpayıdan ibarətdir və ürək-damar xəstələri ilə ümumi reanimasiya pasiyentlərinin müalicəsi üçün xüsusi bölmələrə malikdir.
Xəstəxananın 7/24 fəaliyyət göstərən Stasionar şöbəsində pasiyentlərin yerləşdirilməsi və müalicəsi üçün 120 çarpayılıq palatalar mövcuddur. Palatalar müasir tibbi standartlara uyğun təşkil edilmiş, rahat və funksional interyerlə təchiz olunmuşdur.
Mərkəzi Klinika Gəncə Xəstəxanasında müxtəlif profilli xəstəliklərin diaqnostikası, müalicəsi və cərrahi müdaxilələri yüksək peşəkarlıqla həyata keçirilir. Xəstəxana hər bir pasiyentə fərdi yanaşma, keyfiyyətli tibbi xidmət və təhlükəsiz müalicə prinsiplərini əsas götürərək fəaliyyətini davam etdirir.
