-

Fizioterapiya və idman həkimliyi

Sağlamlığınıza peşəkar dəstək
Fizioterapiya və idman həkimliyi

Sağlamlığınıza peşəkar dəstək

Mərkəzi Klinikada yerləşən Fizioterapiya şöbəsi, müasir avadanlıqlar və peşəkar tibbi heyətlə, müxtəlif xəstəliklərin müalicəsində effektiv fizioterapevtik xidmətlər təqdim edir.

Fizioterapiya şöbəmizdə həm stasionar, həm də ambulator xəstələr üçün geniş spektrli müalicə üsulları tətbiq olunur. Bu üsullara elektrik müalicəsi, müalicəvi masaj və bədən tərbiyəsi daxildir. Şöbəmizdə aşağıdakı cihazlar və prosedurlar mövcuddur:

  • Kombinə Elektroterapiya Cihazı (İtaliya, Paqani): İnterferensiya, elektroforez, vakuum terapiya və fonoforez prosedurlarını həyata keçirmək üçün istifadə olunur.
  • TENS (Elektrik Stimulyasiya) Cihazı: Manual və patologiyaya uyğun proqramlarla təchiz olunmuşdur, xəstəliyə görə proseduru avtomatik tənzimləyir.
  • CPM (Passiv Hərəkət) Cihazı: Diz oynağının kontrakturaları zamanı oynağın hərəkətinin bərpası üçün istifadə olunur.
  • Mexaniki Dartma (Traksiya) Aparatı: Fəqərələrdə olan bəzi problemlərin aradan qaldırılması üçün tətbiq edilir.

Əlavə olaraq, şöbəmizdə passiv və tənəffüs gimnastikası xidmətləri də göstərilir. Həkimlərimiz və tibb bacılarımız müxtəlif beynəlxalq təkmilləşmə kurslarından keçmiş, yüksək ixtisaslı mütəxəssislərdir. Mərkəzi Klinika, fizioterapiya sahəsində ən son texnologiyaları və metodları tətbiq edərək, xəstələrə yüksək keyfiyyətli xidmət göstərməkdədir.

 

Həkimlərimiz

  • Dr. Məhluqə Səfərova
    Fizioterapevt

    Dr. Məhluqə Səfərova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Tamerlan Rəsulov
    Fizioterapevt

    Dr. Tamerlan Rəsulov

    Mütəxəssis

    arrow rightbio
  • Cuma Ertugral
    Fizioterapevt

    Cuma Ertugral

    Mütəxəssis

    arrow rightbio
  • Sinan Yılmaz
    Fizioterapevt

    Sinan Yılmaz

    Mütəxəssis

    arrow rightbio
Onlayn qəbula yazıl

Asan, sürətli və əlçatan qəbul yazılması.

arrow rightQəbul üçün yazıl

Foto qalereya

Video qalereya