Pediatrik reanimasiya və intensiv terapiya
Uşaqların sağlamlığı üçün etibarlı dəstək
Uşaqların sağlamlığı üçün etibarlı dəstək
Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsi, həyati vacib orqanların funksiyalarının qorunması və bərpasını təmin edən ixtisaslaşmış bölmədir. Təcrübəli həkimlərimiz 24/7 rejimində xidmət göstərərək, uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edirlər.
Mərkəzi Klinikanın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsi, 6 çarpayılı pediatrik reanimasiya və 2 çarpayılı intensiv terapiya bölməsindən ibarətdir. Şöbədə sepsis, şok, poliorqan yetməzliyi, tənəffüs çatışmazlığı, kardiomiopatiyalar, koma və digər ağır vəziyyətlərdə olan uşaqların müalicəsi həyata keçirilir.
Həkimlərimiz 24 saat ərzində monitorinq və analiz nəticələrinə əsaslanaraq, dünya səhiyyə protokollarına uyğun müalicə planları hazırlayırlar. Mərkəzi Klinikada 24 saat bütün növ laborator və diaqnostik müayinələr aparılır və yüksək ixtisaslı həkimlərlə məsləhətləşmələr təmin olunur.
Şöbədə yüksək texnologiyalı avadanlıqlar və yenilikçi əməliyyat metodları tətbiq edilir. Postoperativ baxım və reabilitasiya prosesi də diqqətlə həyata keçirilir. Xəstələrimizin sağlamlığı və rahatlığı bizim üçün prioritetdir, buna görə də hər bir müalicə şəxsən planlaşdırılır və peşəkar komandamız tərəfindən təmin olunur.
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.





