-

Mama-ginekologiya

Mama-Ginekologiya – Müasir və etibarlı qadın sağlamlığı xidmətləri
Mama-ginekologiya

Mama-Ginekologiya – Müasir və etibarlı qadın sağlamlığı xidmətləri

Azərbaycanda qadın sağlamlığının qorunması və inkişafı üçün Mərkəzi Klinika müasir tibbin ən son nailiyyətlərini tətbiq edən Mama-Ginekologiya şöbəsi ilə xidmətinizdədir.

Mərkəzi Klinikanın Mama-Ginekologiya şöbəsi dünya standartlarına uyğun müasir və etibarlı xidmətlər göstərməkdədir. Şöbə qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və doğuşla əlaqədar problemlərin həllində müasir tibbin bütün yeniliklərini tətbiq edir.

Şöbəmiz aşağıdakı sahələrdə yüksək keyfiyyətli xidmətlər təqdim edir:

  • Sonsuzluq müalicəsi və psixoloji konsultasiya xidmətləri
  • Süni mayalanma və embrionların genetik araşdırılması (PGD)
  • Təkrarlanan düşüklərin səbəblərinin araşdırılması və müalicəsi
  • Prenatal diaqnoz və riskli hamiləliklərin təqibi
  • Doğuşun idarə olunması və doğuş sonrası baxım
  • Hamiləlik öncəsi və zamanı genetik xəstəliklərin araşdırılması
  • Dölün ürək döyüntüsünün təqibi və bətndaxili ürək exo-kardioqrafiyası

Şöbəmizdə həmçinin aşağıdakı cərrahi əməliyyatlar həyata keçirilir:

  • Uşaqlıqda aparılan əməliyyatlar (total abdominal histerektomiya, vaginal histerektomiya və s.)
  • Vulva, vaginada və uşaqlıq boynunda aparılan plastik əməliyyatlar
  • Uşaqlıq artımlarında aparılan laparoskopik əməliyyatlar
  • Histeroskopik əməliyyatlar (bütün növ diaqnostik və cərrahi histeroskopik əməliyyatlar)

Şöbəmizdə fəaliyyət göstərən təcrübəli qadın uroloqumuz tərəfindən sidik saxlamamazlığı və digər uroloji problemlərin diaqnostikası və müalicəsi həyata keçirilir.

2004-cü ildən etibarən Mərkəzi Klinikada fəaliyyət göstərən süni mayalanma xidməti ilə yüzlərlə cütlüklərə körpə sevinci bəxş edilmişdir. Xidmətimiz genetiklər, embrioloqlar, psixoloqlar və tibbi koordinatorlardan ibarət peşəkar komanda tərəfindən həyata keçirilir.

Həkimlərimiz

  • T.e.n. Dr. Mahirə İsmayılova
    Mama-Ginekoloq

    T.e.n. Dr. Mahirə İsmayılova

    Əməkdar həkim, Mama-ginekologiya şöbəsinin müdiri

    arrow rightbio
  • Dr. Sevinc Məmmədova
    Mama-Ginekoloq

    Dr. Sevinc Məmmədova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Ramin Salahov
    Mama-Ginekoloq

    Dr. Ramin Salahov

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Elnarə Bayramova
    Mama-Ginekoloq

    Dr. Elnarə Bayramova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Lalə Ağayeva
    Mama-Ginekoloq

    Dr. Lalə Ağayeva

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Əsmər Axundova
    Mama-Ginekoloq

    Dr. Əsmər Axundova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Sevinc Sevdimalıyeva
    Mama-Ginekoloq

    Dr. Sevinc Sevdimalıyeva

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Fidan Həsənova
    Mama-Ginekoloq

    Dr. Fidan Həsənova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Gülzadə Kərimova
    Embrioloq

    Dr. Gülzadə Kərimova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Zahirə Əsədova
    Embrioloq

    Dr. Zahirə Əsədova

    Mütəxəssis

    arrow rightbio
  • İlyas Karayaka
    Embrioloq

    İlyas Karayaka

    Mütəxəssis

    arrow rightbio
Onlayn qəbula yazıl

Asan, sürətli və əlçatan qəbul yazılması.

arrow rightQəbul üçün yazıl

Foto qalereya

Video qalereya