Terapiya
Terapiya – Mərkəzi Klinika
Terapiya – Mərkəzi Klinika
Mərkəzi Klinikanın Terapiya şöbəsi müxtəlif terapevtik xəstəliklərin diaqnostika və müalicəsini həyata keçirir.
Terapiya şöbəmizdə xəstələrin ilkin müayinəsi və diaqnostikası aparılır. Həkim-terapevtlərimiz xəstələrin vəziyyətini qiymətləndirərək, zəruri hallarda digər ixtisaslı həkimlərin konsultasiyasını təşkil edir və müvafiq laborator və instrumental müayinələrin aparılmasını təmin edirlər.
Şöbədə aşağıdakı xidmətlər göstərilir:
- Terapevtin müayinəsi (xəstəliyə görə, profilaktik, dispanser)
- Ambulator, ev və stasionar şəraitdə konsultasiya və müalicə
- Ümumi diaqnostik müayinələrin təyini
- Xəstəliyin erkən mərhələdə diaqnostikası və mütəxəssislərə yönləndirilməsi
- Xroniki patologiyalarda dinamik dispanser nəzarət
- Bütün növ vaksinasiyalar
- Arayışların hazırlanması
Mərkəzi Klinikanın Terapiya şöbəsində müasir diaqnostika üsulları və yeni müalicə metodları tətbiq olunur. Reabilitasiya proqramlarına müalicəvi bədən tərbiyəsi, diyetik qidalanma, müalicəvi masaj, effektiv terapevtik müalicə, fizioterapevtik kompleks prosedurlar və ehtiyac olduqda dərman müalicəsi daxildir.
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.








