Evdə tibbi xidmət

Evdə tibbi xidmət
Mərkəzi Klinika - yüksək səviyyəli peşəkar kadrları, müasir tibbi cihazları ilə təchiz olunaraq Sizlərə xidmət göstərməkdədir.
Evdə tibbi xidmət - müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və sonra köməyə ehtiyacı olan analara, uşaqlara, yaşlı və qulluğa ehtiyacı olan şəxslərə, fiziki qüsuru olanlara və birsözlə hər yaş qrupundan olan xəstələr üçün təklif olunan yüksək keyfiyyətli xidmət növüdür.
Evdə tibbi xidmət – xəstənin yaşadığı şəraitə, gündəlik həyat tərzinə, işinin gedişatina maneçilik törətmədən yüksək standartlara uyğun tibbi xidmətin təşkilidir.
Evdə tibbi xidmət - həkim müayinəsini, qısa və uzun müddətli tibb bacısı xidmətini, tibbi cihaz istifadəsini, kirayəsini, laboratoriya nümunələrini və s. əhatə edən geniş miqyaslı tibbi xidmət sahəsidir.
Evdə və digər müəsissələrdə həkim müayinələri
- Travmatologiya və Ortopediya
- Ürək, damar sistemi xəstəlikləri
- Kardiologiya
- Ağciyər və tənəffüs sistemi
- Həzm sistemi xəstəlikləri
- Endokrinologiya
- Nevrologiya
- Urologiya/ Nefrologiya
- Ginekologiya
- Onkologiya/Hemotologiya
- Pediatriya/Neonatologiya
- Terapiya
- Alqologiya
- Fizioterapiya xidmətləri
- Diaqnostik xidmətlər
Xidmətlər
- Evdə stasionar və intensiv terapiya şəraitinin yaradılması
- Tibbi qulluğa ehtiyacı olan xəstələrə 24 saat xidmət (məs. insultlar,onkoloji və travmotoloji-ortopedi xəstəliklər)
- Oksigen müalicəsinə ehtiyacı olan xəstələrə xidmət
- Yeni doğulmuş uşağa və zahı anaya qulluq
- Masaj
- Yara sarğıları
- Kiçik yara debritmanı
- Gips qoyulması
- Laborator nümunələrin alınaraq klinikamızda və ya xarici ölkələrdə analiz olunmasının təmini
- İnyeksiyaların aparılması
- Bronxoskopiya, Spirometriya
- ExoKQ-EKQ-Holter
- USM-doppler
- Rentgen
- Tibbi - cihaz və avadanlıqların kirayəsi, çatdırılması və quraşdırılması
Qeyd: Bu xidmətlər hər yaş qrupundan olan insanlara, ev şəraitində, ofis və digər tibb müəsissələrdə tibbi deontologiyaya uyğun həyata keçirilir.


