Uşaq cərrahiyyəsi
Peşəkar və etibarlı xidmət
Peşəkar və etibarlı xidmət
Uşaq Cərrahiyyəsi şöbəmiz müasir tibbin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir və yenidoğulmuş dövrdən 18 yaşadək olan bütün pediatrik xəstələrin cərrahi və konservativ müalicəsini həyata keçirir. Şöbədə uşaqlarda rast gəlinən anadangəlmə və qazanılmış cərrahi patologiyaların diaqnostikası və müalicəsi beynəlxalq tibbi standartlara uyğun şəkildə təmin olunur.
Xəstəxanamızın geniş imkanlarından istifadə etməklə, hamiləlik dövründə aşkarlanan (antenatal), doğuşdan sonra və uşaqlıq–yeniyetməlik illərində rast gəlinən müxtəlif patologiyaların yüksək səviyyədə müalicəsi icra olunur.
Şöbəmizdə uşaq cərrahiyyəsi və uşaq urologiyası sahəsində bütün növ əməliyyatlar peşəkar həkim heyəti tərəfindən həyata keçirilir. Məqsədimiz balaca pasiyentlərimizə sağlam və təhlükəsiz gələcək bəxş etməkdir.
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.








