-
Xəbərlər2026-10-31

“Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən “TRANSPLANT 360° - Diaqnostikadan transplantasiyaya” elmi-praktiki konfransı

Ətraflı oxu
“Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən “TRANSPLANT 360° - Diaqnostikadan transplantasiyaya” elmi-praktiki konfransı

31 oktyabr 2026-cı ildə “Ürək transplantasiyası həftəsi” çərçivəsində “TRANSPLANT 360° — Diaqnostikadan transplantasiyaya” elmi-praktiki konfransı keçirilib. Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan konfrans Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Fairmont Baku — Flame Towers” hotelində baş tutub. Konfransda yerli və xarici mütəxəssislər orqan donorluğu, ürək, qaraciyər və böyrək transplantasiyasında müasir yanaşmalar, təcrübələr və inkişaf perspektivlərini müzakirə ediblər. Dəvətimizi qəbul edən dəyərli qonaqlarımıza, bilik və təcrübələrini bölüşən həmkarlarımıza, bütün iştirakçılara və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirik. Donorların və onların ailələrinin nəcib qərarını, tibb komandalarının fədakar əməyini dərin minnətdarlıqla qeyd edirik. İnanırıq ki, birgə səylərimizlə daha çox insana yaşamaq ümidi bəxş edəcəyik.

Azərbaycanda və Cənubi Qafqazda icra etdiyimiz ilk donor ürək transplantasiyasının birinci ildönümündə həmkarlarımızla bir araya gəlmək, keçdiyimiz yolu dəyərləndirmək və qarşıdakı hədəfləri müzakirə etmək xüsusi məna daşıyır. Konfransa göstərilən maraq, səmimi ünsiyyət və təcrübə mübadiləsi gələcək işlərimizə daha böyük həvəslə davam etmək üçün güc verir.

 

Foto qalereya

Video