Kampaniyalar2021-05-05
Genetik xəstəliklərə qarşı pulsuz konsultasiya – Mərkəzi Klinikada kampaniya!
Ətraflı oxu
8 may tarixində Mərkəzi Klinika Ambulatoriyasında T.ü.f.d. Dr. Mahirə İsmayılova tərəfindən genetik xəstəliklərə dair ödənişsiz konsultasiya keçiriləcəkdir.
Kimlər müraciət edə bilər?
- Talassemiya
- Hemofiliya
- Ailədə birincili sonsuzluq və birincili amenoreya
- Adəti düşük halları
- Ailədə əqli və fiziki inkişafdan qalan uşaqların doğulması
- Mövcud hamiləlikdə riskli hallar (düşük riski, polihidroamnion, hipotrofiya və s.)
- Dismorfizm və inkişafdan geri qalma
- Cırtdan boyluluq
- Nəslin bir neçə üzvündə irsi xəstəliklərin təkrarlanması
- Valideynlər arasında qohumluq və irsi xəstəlik anamnezi
- Səbəbi məlum olmayan düşüklər və ölü doğumlar
- Kişi sonsuzluğu (Azoospermiya)
- Valideynlərdə anadangəlmə qüsurlar və davamlı anemiyalar
- Dərman və qida maddələrinə qarşı dözümsüzlük hallarının olması
Sağlam övlad dünyaya gətirmək sizin də haqqınızdır!
Qeyd: Sosial məsafə qaydalarına uyğun olaraq öncədən qeydiyyat vacibdir.


