-
Xəbərlər2026-10-10

Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov Qırğızıstan Respublikasına rəsmi səfər edib.

Ətraflı oxu
Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov Qırğızıstan Respublikasına rəsmi səfər edib.

7–10 oktyabr tarixlərində Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov Qırğızıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanasının dəvəti ilə Bişkek şəhərinə rəsmi səfər etmişdir.

Səfər çərçivəsində həmin klinik xəstəxananın 80 illik yubileyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmiş, Bişkek şəhərində yerləşən xəstəxanaya baş çəkərək burada yaradılmış şərait və tibbi xidmətlərin təşkili ilə tanış olmuşdur. Bununla yanaşı, yubiley tədbirləri çərçivəsində keçirilən “İnsan sağlamlığı naminə ənənələrin və innovasiyaların birləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimində çıxış etmişdir.

Səfərin mühüm nəticələrindən biri Qırğızıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumunun imzalanması olmuşdur. Bu sənəd iki ölkənin tibb müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və səhiyyə sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səfərin sonunda Qırğızıstan tərəfinə göstərilən yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə dərin təşəkkür bildirilmişdir. Səfərin xoş təəssüratlarla yadda qaldığı vurğulanmış, bu cür qarşılıqlı səfərlərin Azərbaycan və Qırğızıstan arasında əlaqələrin, xüsusilə də səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilmişdir.

Foto qalereya

Video