-
Xəbərlər2026-09-17

Mərkəzi Klinikada yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.

Ətraflı oxu
Mərkəzi Klinikada yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.

17 sentyabr 2026-cı il tarixində Mərkəzi Klinikada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində maarifləndirici və təbliğat xarakterli görüş keçirilib.

Tədbirin açılışında Mərkəzi Klinikanın direktor müavini Nikbin Yusifov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb.

Daha sonra söz Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Nizami Fərəcova verilib. Görüş zamanı Nizami Fərəcov Mərkəzi Klinikanın əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları, yanğın zamanı düzgün davranış və təxliyə qaydaları barədə ətraflı məlumat verib. Həmçinin mövzu ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Tədbirdə yanğınsöndürən balonların təyinatı, növləri və istifadə qaydaları barədə də ətraflı məlumat verilib. Əməkdaşlara yanğın baş verdiyi zaman ilkin müdaxilənin düzgün həyata keçirilməsi ilə bağlı praktiki tövsiyələr çatdırılıb.

Görüşün sonunda yanğın təhlükəsizliyi üzrə məsul şəxs Abbas Mustafayevə yanğın təhlükəsizliyi ilə bağlı təlimat kitabçaları təqdim olunub.

Maarifləndirici tədbirin əsas məqsədi Mərkəzi Klinikanın əməkdaşlarının yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, mümkün yanğın hadisələrinin qarşısının alınması və fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması olub.

Foto qalereya