- Ümumi məlumat
- Həkimlər
Mərkəzi Klinika açıldığı gündən Klinikamızın nəzdində Uşaq Mərkəzi fəaliyyət göstərir. Mərkəzimizdə bütün profil ixtisaslar üzrə həkimlər çalışır. Həkimlərimiz-müxtəlif ölkələrdə kurslar keçmiş mütəxəssislərdir. Türkiyə Cumhuriyyəti, Avstriya,London Universitet və xəstəxanaları kimi mərkəzləri misal göstərmək olar. Mərkəzimiz 7 gün 24 saat fəaliyyətdədir. Təcili yardım, Stasionar, Poliklinika,Neonatologiya bölümlərinə sutka ərzində yüzlərlə xəstə müraciət edir. Təcili yardıma müraciət edən hər bir xəstəyə müvafiq ilk yardım göstərildikdən sonra xəstəliyindən asılı olaraq ambulator ya stasionar yatışa yada reanimasion yatışa verilir. Klinikada müalicəyə ehtiyacı olmayan xəstələr ətraflı yoxlanışdan keçirilir və onlara müvafiq müalicə təyin olunur. Stasionar yatışa verilən xəstələr 7 gün 24 saat növbətçi həkim və tibb bacılığı personalı tərəfindən nəzarətdə saxlanılır. Növbətçi personal müalicə həkiminin verdiyi təyinatın yerinə yetirilməsi , lazımi laborator analizlərin, instrumental müayinərin vaxtında həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Poliklinika bölməsi həftədə 6 gün 9:00-17:00 arasında fəaliyyət göstərir. Poliklinik bölümdə bütün dar ixtisaslar üzrə: Neonatoloq , Allerqoloq, Endokrinoloq, İmmunoloq,Revmatoloq, Nefroloq, Hematoloq, Qastroenteroloq,pediatrik nevropatoloq,pediatrik kardioloq, uşaq Cərrhlarımız və.s..... həkimlərimiz çalışır.
Mərkəzimizdə bir sıra ağır cərrahi patologiyaların əməliiyatı və əməliyyat sonrası nəzarəti (istər pediatrik, istər neonatal) ağır kardioloji problemi olan uşaqlara professional qulluq və yardım, invaziv kardioloji prosedurlar həyata keçirilir.
Uşaq Mərkəzində eyni zamanda doğuş və keysəriyyə əməliyyatı ilə doğulan bütün normal körpələrimizə neonatoloji fiziologiya bölümündə nəzarət olunur.Bu uşaqların 3 gün yatış günlərində saatliq vizitləri , doğum sonrası ilk 3 peyvəndinin vurulması, nevropatoloq tərəfindən baxımı, bir ayına kimi müntəzəm kontrolları həyata keçirilir. Vaxtından əvvəl doğulmuş və ya müəyyən patologiyalarla doğulan uşaqlarımız isə vəziyyətin ağırlığından asılı olaraq intensiv terapiya və ya reanimasiya şöbəsinə köçürülür,lazımi müayinə və müalicələr aparılır. Neonatoloqlarımız tərəfindən SV aparatında izləm,exchange(qan dəyişmə) əməliyyatı,ekstrimal az çəkili uşaqların müalicəsi,yenidoğulmuşlarda metabolik və genetik xəstəliklərin screening testləri, ROP (göz dibi müayinəsi),eşitmə testi və bu kimi bir sıra xidmətlər həyata keçirilir. Eyni zamanda həkimlərimiz tərəfindən Elmi- Araşdırma işləridə aparılır. Neonatal reanimasiya şöbəsi və pediatrik bölümdə çalışan həkimlərimiz digər klinikalarda ağır doğulan, yardıma ehtiyacı olan körpə pasientlərimizə şəhərdaxili, ölkədaxili,
Son olaraq fərəhlə qeyd etmək istərdik ki, bu günə qədər Azərbaycanda yaşadılan ən az çəkili uşaq 500 qram çəkidə doğulub və bizim mərkəz tərəfindən yaşadılıb. Hal hazırda körpə balamızın 2 yaşı var və heç bir göstərici ilə yaşıdlarından fərqlənmir.Neonatal reanimasiya şöbəsindən evə yazılan bütün körpələr daimi dinamik nəzarətdədirlər və bu günə qədər olan statistik məlumatlarımıza əsasən uşaqlarımızın psixo- fiziki və nevroloji inkişafında heş bir qüsur izlənmir.
Pediatriya Şöbəsində müxtəlif dar ixtisaslar üzrə xaricdə təhsil almış həkimlərimiz fəaliyyət göstərir . PŞ-nin dar ixtisasları:
- Allerqologiya
- Endokrinologiya
- İmmunologiya
- Hematologiya
- Nevrologiya
- Neanatologiya
- Qastroenterologiya
- Uşaq cərrahiyyəsi
Pediatriya şöbəsində Allerqologiya bölməsi 14 ildir fəaliyyət göstərir. Burada uşaqlıq dövrünün (0-17 yaş) bütün allergik xəstəliklərinin Bronxial Astma, Atopik dermatit, qida, dərman və arı allergiyaları, allergik rinit, allergik konyunktivit, kəskin və xroniki övrə, wheezing infant (uşaq xışıltısı sindromu), qrip sindromları və s. xəstəliklərin müayinə və müalicəsi aparılır. Allerqologiya bölməsində bu xəstəliklərin diaqnostikası üçün laboratoriya testləri, epidermal və intradermal dəri testləri, hər növ tənəffüs funksiyası testləri də uğurla həyata keçirilir. Burada müasir ultrasonik buxar cihazları vasitəli ilk tibbi yardım və müalicə kursları da aparılır. Eyni zamanda, beynəlxalq standartlara uyğun, spesifik immunoterapiya aparılır ki, bunun vasitəsilə xəstələr uzun müddətli dərman müalicəsindən azad olurlar. Klinikamızda həmçinin ailələrə xəstəlikdən qorunma tədbirləri mövzusunda yazılı materiallar verilir və seminarlar təşkil olunur.
Pediatriya Şöbəsi Endokrinologiya bölməsi çox inkişaf etmiş bir sahədir. Endokrin xəstəliklərin diaqnozunun qoyulması, bütün endokrin stimulyasiya testlərinin aparılması, ən son müalicə üsulları ilə xəstəliyin aradan qaldırılması bu bölmənin həkimləri tərəfindən həyata keçirilir. Endokrinologiya bölmədə təcrübəli həkimlər tərəfindən Diabet Mellitus Tip I, Tip II (xəstələrə geniş diyetik menyu, kalori hesablanması, insulin terapiya, İnsulin pompasının qoyulması və s.), Hipofizar xəstəliklərin, Boy qısalığı (somatotrop hormonunun 2 mərhələli stimulyasiya testinin aparılması və Growth hormonu ilə müalicə və s.), Tiroid xəstəliklərinin (ehtiyac olarsa, incə iynə aspirasiya biopsiyası, TSH stimulyasiya testləri və s.), Adrenal xəstəliklərin (Konjenital Adrenal Xəstəlik, Addison xəstəliyi, Kuşinq sindromu və s.), Pubertal xəstəliklərin də (Puberta Tarda, Puberta Prekoks, Hipohonadizm, Mikropenis və s.) müalicəsi aparılır.
18 yaşa qədər olan uşaqlar da xidmətlərimizdən yararlana bilərlər.
Pediatriya Şöbəsində İmmunologiya bölməsi də fəaliyyət göstərir. Immun sisteminin çatışmazlığı ilə bağlı sindromlar, tez-tez rast gəlinən, çox zaman müalicəsi heç bir müsbət nəticə verməyən infeksiyalar şəklində müşahidə olunur. Bunlardan ən çox bakteriya mənşəli tənəffüs yolu infeksiyaları olan, davamlı hala keçən kandidomikozlar və lyambliozlardır. Bunlar humoral, hüceyrəli və kombinə olunmuş immun defisit xəstəlikləri kimi müşahidə olunur: CVİD, Wiskott-Aldrich sindromu, Kosstman sindromu, Ataksiya-Teleangiektaziya, IgA çatışmazlığı, Bruton xəstəliyi, Di-George sindromu və s.
Mərkəzi Klinikada bu xəstəliklərin diaqnostikası üçün immunoqlobulinlər, İgG alt grupu, limfosit subsetləri (CD), izohemmaglyutininlər və s. aparılır. Müalicə üçün isə İVİG-terapiya, G-CSF ilə müalicə, immun stimulyasiya və s. aparılır.
Həmçinin klinikamızda uşaqlara profilaktik peyvəndlərin düzgün vurulması üçün beynəlxalq standartlara uyğun individual peyvənd proqramları da tətbiq edilir.
Pediatriya Şöbəsi Revmattologiya bölməsi revmatoloji xəstəliklərin müasir dioqnostika ( laborator və instrumental) və müalicəsi uğurla həyata keçirilir. Bu bölümdə fəaliyyət göstərən təcrübəli həkim tərəfindən xalq içində revmatizm, tibbdə revmatik qızdırma kimi tanınan xəstəlik yuvenil idiopatik artrit, revmatizm, revmofaktor neqativ poliartritlər,psoriatik artrit, polimiozit, dermatomiozit, still xəstəliyi, polimiologiya və s. xəstəliklərin müasir protokollar əsasında aparılır. Bu bölümdə 18 yaşadək olan xəstələr xidmətlərimizdən faydalana bilər.
Pediatriya Şöbəsi Hematologiya bölməsində uşaqlarda müxtəlif növ anemiyaların - saf eritrositar anemiyalar, meqaloblastik anemiyalar, dəmir defisitli anemiyalar, hemolitik anemiyalardan isə irsi sferositoz, oraq hüceyrəli anemiyalar, talassemiya, qlükoza 6 fosfat dehidrogen azlığı, trombositopenik purpura kimi xəstəliklərin müasir üsullarla müayinə və müalicəsi aparılır. Həmçinin, Leykoz xəstəliklərindən Kəskin limfoblast leykoz, Kəskin mieloblast leykoz və s. Limfomalardan isə Hockin limfoması, Qeyri Hockin limfoması kimi xəstəliklərin erkən diaqnostikası və effektiv müalicə tədbirləri həyata keçirilir. Bu xəstəliklərin diaqnostikası üçün laborator müayinələrin geniş spektri, sümük iliyinin, limfa düyünlərinin punksiyası, biopsiyası və histomorfoloji, immunohistoloji və sitogenetik analizlər istifadə olunur. Eyni zamanda, xəstələrə poliklinika, ambulatoriya və stasionar şəraitində xidmət göstərilir. Gündüz stasionarı şəraitində uşaqlara BFM və digər müasir protokollar əsasında kimyəvi dərman müalicələri tətbiq olunur.
Pediatriya Şöbəsi Nevrologiya bölməsi də digər şöbələrlə əlaqəli şəkildə öz effektiv xidmətlərini göstərməkdə davam edir. Şöbəmizdə yenidoğulmuşlarla yanaşı 18 yaşına qədər uşaqlara da yüksək səviyyədə xidmət göstərilir. Belə ki, yenidoğulmuş uşaqlarda hipoksik işemik ensefalopatiya, bazu kələfi zədələnməsi, yenidoğulmuşların qıcolması və epilepsiyası (West, Lenox-Castau sindromu), epileptik status, beyin qanamaları kimi bir sıra xəstəliklərin diaqnostika və müalicəsi aparılır.
Həmçinin sinir sistemi xəstəliklərindən serebrovaskulyar xəstəliklər, epilepsiya, baş ağrısı, sinir sistemi infeksiyaları, sinir sisteminin degenerativ xəstəlikləri, hərəkət xəstəlikləri, mərkəzi sinir sisteminin miyelin xəstəlikləri, əzələ və sinir əzələ xəstəlikləri, onurğa sütunu, vegetativ sinir sisteminin xəstəliklərinin erkən diaqnostika və effektiv müalicəsi aparılır. Nevrologiya bölməsində elektroensefaloqrafiya, elektromioqrafiya, Şüa Dionostika Şöbəsində isə Kompüter Tomoqrafiya, Maqnit-rezonans görüntüləmə, Maqnit-rezonans angioqrafiya kimi diaqnostik metodlardan da uğurla istifadə olunur.
Pediatriya Şöbəsi Qastroenterologiya bölmədə mədə-bağırsaq traktının, qara ciyər xəstəliklərinin müayinə və müalicəsi aparılır. Uşaq orqanizmi böyük orqanizmin kiçildilmiş modeli deyildir. Bu sahə ilə məhz uşaq qastroenteroloqu orqanizmin yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara uyğun xəstəliklərin gedişini araşdırıb müayinə və müalicə edir. Bölmədə peşəkar həkimlər tərəfindən uşaqlarda səbəbi aşkarlanmayan və davamlı hal alan qarın ağrıları, qusmalar, MBT (mədə-bağırsaq traktı) qanaxmaları, koroziv maddələrin qəbulu (ilk 24-48 saat ərzində), qastoezofaqal reflüks xəstəliyi, Crohn xəstəliyi, Çölyak xəstəliyi, nazik bağırsaq xəstəlikləri, qara ciyər və dalaq böyüməsi, xroniki ishallar, səbəbi bəlli olmayan malabsorsiya kimi xəstəliklərin ilkin diaqnostikası və müalicəsi aparılır. Qastroenterologiya bölməsində olan hər cür müasir tibbi-texnoloji cihazlar vasitəsi ilə uşaqlarda ezofaqoskopiya, qastroskopiya, rektoskopiya və kolonoskopiya kimi endoskopik müayinələrin aparılması üçün tam şərait yaradılmışdır. 18 yaşadək olan uşaqlar da xidmətlərimizdən yararlana bilərlər. Bundan başqa endoskopik-invaziv müdaxilələr - ezafaqus varikoz venalarının bant liqasiyonu və skleroterapiyası, polipektamiyalar, qara ciyər biopsiyası, PEG (endoskopik qastrostoma) açılması həyata keçirilir.
Uşaq cərrahiyyəsi bölməsi
Bu bölmədə yenidoğulmuşlardan yetkinlik çağına qədər (0-18 yaş) olan müddət ərzində uşaqlarla əlaqədar bütün cərrahi müdaxilələr həyata keçirilir. Ürək xaric döş qəfəsi cərrahiyyəsi, onkoloji cərrahiyyə, həzm sistemi cərrahiyyəsi, uşaq endikrinoloji cərrahiyyəsi, uşaq ginekologiyası, endoskopik müdaxilələr, laporaskopik və toraskopik cərrahi müdaxilələr və travmatoloji cərrahiyyə uşaq cərrahiyyəsinin xidmət sahələrindəndir. Müdaxilə zamanı anesteziologiya preparatlarından istifadə və müasir texnologiyanın nailiyyətləri Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin iş keyfiyyətini daha da artırmasına imkan yaradır.
Pediatriya Şöbəsi Təcili Yardım bölməsi 24 saat ərzində fəaliyyət göstərir. Şöbəmiz uşaqlara təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi üçün hər növ avadanlıq və cihazlarla təchiz olunub (mobil süni tənəffüs cihazları, monitorlar, nəm. oksigen cihazları, ekspress metodla işləyən laboratoriya, inhalyatorlar və s.). Bundan əlavə 24 saat ərzində xəstələrə evdə təcili yardım xidməti də göstərilir.
Pediatriya Şöbəsinin Neonatologiya bölməsi 2001-ci ildən fəaliyyət göstərir
- Neonatologiya bölməsində göstərilən xidmətlər:
- Yenidoğulmuşların fizioloji bölməsi
- Yenidoğulmuşların reanimasiyası
- İntensiv terapiya
- Uşaq Reanimasiyası
Uşaq reanimasiyası yeni doğulan və reanimasiya şəraitinə ehtiyacı olan körpələrə lazımi və operativ tibbi xidmət göstərir. Tibbin ən son nailiyyətləri əsasında körpələr qısa müddət ərzində valideynlərinə təhvil verilir, eyni zamanda valideynləri qabaqcadan körpənin klinik vəziyyəti barədə məlumatlandırılır. Mərkəzimizdə hamiləliyin 24-cü həftəsindən etibarən erkən doğuş etmiş, çoxdöllü hamiləlik keçirən, şəkər xəstəsi olan hamilə qadınların körpələrinə və çətin doğuş nəticəsində beyin və digər orqanları zədələnmiş körpələrə yüksək tibbi xidmət göstərilir. Yenidoğulmuşların reanimasiya şöbəsinin həkimləri Türkiyə, Avstriya kimi ölkələrin qabaqcıl universitetlərində təkmilləşmiş həkimlərdir. Bu briqada 7 gun, 24 saat yenidoğulmuşların səhhətinin keşiyindədirlər.
Bir sözlə, klinikamız bütün növ pediatriya xidmətləri ilə kiçik xəstələrinin xidmətindədir.
Uşaq Mərkəzində bütün hamiləliyi təqib olunan qadınların doğuşundan sonra da, dünyaya gələn körpələrin hestasiya yaşından asılı olmayaraq ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya və intensiv terapiyaya qədər (intubasiya, süni tənəffüs aparatı vasitəsi ilə izləmək, həyati əhəmiyyətli orqanların monitorizasiyası, surfaktantla müalicə, fototerapiya, mübadilə qan köçürülməsi, onurğa beyin punksiyası və. s) bütün xidmətlər göstərilir. Vaxtından qabaq doğulmuş uşaqlara (hestasiya yaşı 24-dan yuxarı) müayinə, müalicə və II və III etap tibbi xidmət kursu həyata keçirilir.
Neanatologiya bölməsində neyrosonoqrafiya, daxili orqanlarının ultrason müayinəsi (ehtiyac olarsa kompüter tomoqrafiyası), exokardioqrafiya (o cümlədən prenatal), rentgenoqrafiya, qan qazlarının, elektrolitlərin və şəkərin təyini və təqibi kimi diaqnostik metodlar da həyata keçirilir.
Müxtəlif ixtisas həkimlərin müayinəsi:
Uşaq Mərkəzində nevropatoloqun müayinəsi ilə bərabər ehtiyac olarsa, digər dar ixtisas həkimlərinin də oftalmoloq, travmatoloq, QBB -həkimi, kardioloq, uroloq və s. müayinələri də təşkil olunur. Neonatal dövrdə rast gəlinən bütün cərrahi patologiyalar xaricdən dəvət olunmuş professor həkimlər tərəfindən əməliyyat olunur.
Ad, soyad | İxtisas | Bölmə |
---|---|---|
Dr. Aytən Məmmədova | Pediatr | Pediatr |
Dr. Bəyaz İbrahimova | Uşaq Təcili Yardım həkimi | Uşaq Təcili Yardım |
Dr. Esmira Həsənzadə | Pediatr-nevropatoloq | Uşaq Təcili Yardım |
Dr. Fuad Hüseynov | Pediatr-cərrah | Uşaq Cərrahiyyəsi və Urologiyası |
Dr. Fəxriyyə Qədirova | Pediatr-nevropatoloq | Uşaq Təcili Yardım |
Dr. Günel Əmiraslanova | Pediatr-cərrah | Uşaq Cərrahiyyəsi və Urologiyası |
Dr. Məlahət Əfəndiyeva | Pediatr | Pediatriya |
Dr. Nərgiz Osmanlı | Pediatr | Pediatriya |
Dr. Nərgiz Vəliyeva | Neonatoloq | Pediatriya |
Dr. Nərmin Məhərrəmova | Pediatr | Pediatriya |
Dr. Rəna Qasımova | Neonatoloq | Neonatologiya |
Dr. Sevda Mustafayeva | Pediatr-revmatoloq | Uşaq Təcili Yardım |
T.ü.f.d. Dr. Sevda Əsədova | Neonatoloq | Neonatologiya |
Dr. Sevinc Abbasova | Neonatoloq | Neonatologiya |
Dr. Sevinc Abdullayeva | Allerqoloq | Uşaq Təcili Yardım |
Dr. Sülhiyyə Ələkbərova | Pediatr | Uşaq Təcili Yardım |
Dr. Səidə Qurbanova | Pediatr-kardioloq | Uşaq Təcili Yardım |
Dr. Ülkər Seyidova | Pediatr-endokrinoloq | Uşaq Təcili Yardım |
Dr. Vəli Behbudov | Pediatr-kardioloq | Pediatriya |