Mərkəzi Klinika Ambulatoriya

Azərbaycanda hər sahədə müşahidə olunan inkişaf, səhiyyədən də yan ötməyib. Son 10 ildə ölkənin bütün bölgələrində yeni tibb müəssisələri yaradılır, maddi-texniki baza yenilənir, müəssisələr ən müasir avadanlıqlarla təmin olunur. Bunun ən gözəl nümunələrindən biri Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu Ambulatoriyanın yenidən qurulması və 2009-cu il iyun ayından etibarən fəaliyyətə başlamasıdır. Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunmuşdur. Əsaslı təmirdən sonra iyun ayının 25-də baş tutan açılışda Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibbi Xidmətinin rəisi Cəmil Əliyev iştirak etmişlər.

Ambulatoriya binasında əsaslı təmir işləri aparılarkən binanın tarixi memarlıq üslubu qorunmaqla müasir daxili memarlıq üslubuna geniş yer verilmiş və hər iki üslub peşəkarlıqla uzlaşdırılmışdır. Bina 3 mərtəbən ibarətdir. Binada Yaponiya istehsalı olan müasir 2 lift quraşdırılıb. Burada quraşdırılan tibbi avadanlıqlar dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalıdır. Dövlət başçısının siyasətinə müvafiq bu tibb mərkəzində də müasirlik başlıca meyar kimi götürülüb. Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət şöbəsi, Şüa Diaqnostika, Mama-Ginekologiya və Pediatriya şöbələri, Tibbi laboratoriya və əməliyyatxana birinci mərtəbədə yerləşir. Ambulatoriyanın əməliyyatxanasında stasionar yatış tələb etməyən müxtəlif ambulator əməliyyatların (ginekoloji, oftalmoloji, travmatoloji və s.) aparılması üçün hər bir şərait yaradılmışdır.

Burada həm personal, həm də xəstələr üçün hər cür komfortlu şərait yaradılmışdır. Ümumilikdə bu səhiyyə ocağında əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Xəstələrə yüksək ixtisaslı tibbi personal xidmət göstərir. Mama-Ginekologiya şöbəsi ən son elmi texniki nailiyyətlərə əsaslanan avadanlıqlarla təchiz edilib. Avadanlıqlar müasir proqramlarla təchiz olunub. Laborator müayinələrin spektri də çox genişdir və bu təbii ki, diaqnozun daha dəqiq qoyulmasına çox ciddi dəstək verir. Buradakı avadanlıqlar da mükəmməlliyi ilə seçilir.

Şüa Diaqnostika şöbəsində cihazlarımız son model olması ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik informativliyi və xəstələrə zərərsiz olması ilə fərqlənir. Şöbədə çox kəsikli (“multi slays”) kompüter tomoqrafı( 32 kəsikli), Maqnit-rezonans tomoqrafı (1,5 Tesla maqnit sahəsi gərginliyinə malik olan), Ultrasəs cihazları, Densitometriya və digər ən müasir avadanlıqlar mövcuddur.

2-ci mərtəbədə yerləşən Kardiologiya, Terapiya, Ortopediya, Travmatologiya, İdman Həkimliyi, Fizioterapiya şöbələri də tibbi tərəqqinin ən son tələblərinə cavab verir. Burada göz, mədə-bağırsaq, qulaq-burun-boğaz, cərrahi və uroloji xəstəliklərin müayinə və müalicəsini yüksək səviyyəli mütəxəssislər həyata keçirirlər. Fizioterapiya otağında quraşdırılan İtaliya avadanlıqları keyfiyyətli tibbi xidmətə hər tərəfli təminat yaradır. Stomatologiya otağında isə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. Kardiologiya şöbəsində ən müasir qeyri-invaziv kardioloji müayinə metodlarından istifadə olunur.

Ürək şöbəsində kardiologiya, elektrokardioqrafiya, exokardioqrafiya, transezofageal exokardioqrafiya, fetal exokardioqrafiya, stress-test xidmətləri göstərilir. “Holter” cihazının köməyi ilə xəstələrin normal həyat rejimi pozulmadan 24 saat elektrokardioqramması, arterial təzyiqi və nəbzi qeydə alınır.

Fəaliyyət göstərdiyimiz müddət ərzində Azərbaycanda Əsrin kontraktı üzrə çalışan bir sıra beynəlxalq və yerli şirkətlərin əməkdaşları üçün sənaye təbabəti üzrə OGUK (Oil & Gas UK) standartlarına uyğun şəkildə chek-uplar aparılmış və sertifikatlar verilmişdir.

Mərkəzi Klinika Ambulatoriya artıq həftənin 5 günü 08:00-20:00 arası və həftənin şənbə günləri 09:00-dan 17:00-dək sizin xidmətinizdədir.

Ən müasir tibbi cihazlarla təchiz edilən Ambulatoriyada Siz doğru diaqnoz və doğru müalicə xidmətinin imtiyazını yaşayacaqsınız.

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):