10 iyun tarixində Mərkəzi Klinikanın Travmatoloq-ortoped Dr. Yasin Haxverdiyevin təşəbbüsü ilə “Digital Health Agency Baku”-nun təşkilatçılığı və Mərkəzi Klinikanın dəstəyi ilə “Çiyin patologiyalarına müasir yanaşma” mövzulu konfrans keçirilmişdir. Açılış Azərbaycan və Türkiyənin dövlət himninin müşayiəti altında Mərkəzi Klinikanın Baş Direktoru Həsən Qəndilov və Baş həkimi Prof. Dr. Kamran Musayev tərəfindən həyata keçirilmişdir. Konfransda Azərbaycanın və Türkiyənin çiyin patologiyaları üzrə ixtisaslaşmış travmatoloq-ortopedləri məruzəçi olaraq çıxış etmişdir.