• Ümumi məlumat
  • Həkimlər

01.04.2015-ci il tarixində Mərkəzi Klinikanın yeni Stomatologiya Mərkəz yüksək səviyyəli, xarici ölkələrdə təhsil almış və kurslar keç­miş mütəxəssislər və ən son texnologiyalara uyğun tibbi avadanlıqlarla təmin olunmuş, tibbi xidmətlə bağlı bütün şərait yaradılmışdır.

Stomatoloji Mərkəzin ümumi sahəsi 527,71 m2 olmaq­la, şöbədə 9 tibbi xidmət, 2 laboratoriya, 1 sterilizasiya otağı mövcuddur. Klinikada əsas üç məsələyə - • tibbi personalın mütəxəssislik səviyyəsi, peşəkar tibbi xidmət, etibarlı sterilizasiya önəm verilir.

Xəstələrə 6 həkim, 8 tibb işçisi və müxtəlif sahələrdə məşğul olan 6 inzibati-texniki heyət üzvü xidmət göstərir. Həkimlər yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və bacarığa malikdirlər. Mütəmadi olaraq müxtəlif yer­li, eləcə də xarici kurs və seminarlarda iştirak edirlər. Xarici ölkələrdə sto­matologiya sahəsində böyük nüfuza malik mütəxəsislər vaxtaşırı dəvət edilərək burada xidmət göstərmələri təmin edilir. Mərkəzdə stomatologiya sahəsində ən son texnologiyadan istifadə etməklə keyfiyyətli tibbi xidmət göstərilir.

Xəstələrin tibbi xidmət üçün müraciətləri əvvəlcədən qeydiyyat (randevu) sistemi əsasında  dəqiq vaxtla apa­rılır.

Mərkəzdə aşağıda qeyd edilən tibbi xidmətlər göstərilir:

• Check–up müayinə;

• Ağız boşluğunun gigiyenik təmizlənməsi (diş daşları və piqment ləkələri);

• Dişlərin ağardılması;

• Estetik restavrasiyalar;

• Kariyesin müalicəsi;

• Endodontik müalicə (kanal müalicəsi);

• Keramik taxmalar (in lay, on lay);

• Vinir, luminir (Almaniya, İvoclar);

• Qapaqlar – metalkeramika – keramika, preslənmiş kera­mika, zirkon (Almaniya, İvoclar) ;

• Protezlər – akril, neylon, valoplast, bügel və s.

Mərkəzdə uşaq stomatologiyasına xüsusi yer verilir. Belə ki, ağrısız müalicə işləri uşaqların klinikaya həvəslə gəlməsinə şərait yaradır. ABŞ istehsalı olan müalicəvi plomb­lardan və profilaktik vasitələridən istifadə olunur. Profi­laktika məqsədi ilə hermetizasiya (silant), remineralizasiya (dişlərin kalsium və ftorla zənginləşdirilməsi) prosedurları aparılır.

Tibbi xidmət zamanı sterilizasiya məsələlərinə xüsu­si diqqət verilir. Amerika üsulu ilə aparılan sterilizasiya aşağıda qeyd olunan beş mərhələdə həyata keçirilir:

• Tibbi alətlərin yuyucu məhlulda saxlanması;

• Axar su altında xüsusi fırça ilə təmizlənməsi;

• Ultrasonik aparatında dezinfeksiyası;

• Avtoklavda sterilizasiya (121°C, 134°C);

• Alətlərin reviziyası.

Mərkəzdə VİP kabinet, 8 prosedur otağı, rentgeno­loji kabinet, texniki laboratoriya fəaliyyət göstərir. Bütün avadanlıqlar dünyada lider sayılan SİRONA firmasına aid­dir. VİP kabinetdə CEREC aparatının təqdim etdiyi CAD/CAM sistemi quraşdırılıb. Bu sistem vasitəsi ilə müxtəlif restavrasiyalar (keramik qapaqlar, körpülər, inley, onlay) kliniki şəraitdə kompyuter texnologiyasının köməkliyi ilə xüsusi proqram əsasında 3D dizaynda hazırlanır. Bu da pasientlərin vaxtına qənaət etməyə, qısa müddət ərzində (1 saat) hazır diş konstruksiyalarını təqdim etməyə imkan verir. Xidmət otaqlarında (kabinetlərdə) quraşdırılan Sİ­RONA C4+ və C8+ avadanlıqları pasientlərə və həkimlərə maksimum komfort təşkil edir. Avadanlıqda quraşdırılmış viziograf (ağızdaxili kamera) vasitəsi ilə xəstələrə kliniki halları monitor vasitəsilə (22 düym ekran) ətraflı izah etməyə imkan verir. Hər kabinetdə endodontik müalicə üçün VDV gold cihazları quraşdırılıb. Bu cihaz vasitəsi ilə kanal müalicəsi dünya standartlarına uyğun şəkildə aparılır. SİRONA Orthophos XG plus DS/ceph panoram və tomoq­rafik (bütün alt və üst çənə nahiyəsini, gicgah-çənə oyna­ğını və burun ətrafı cibləri) çəkilişlər edə bilən 12 proq­rama malikdir. SİRONA Helident DS rəqəmsal dental rentgen aparatı intraoral və dişləm halında (Bitening) rentgen edir. Bu aparatın digər şirkətlərin istehsal etdiyi rentgen apa­ratlarından əsas üstünlüyü onun təhlükəsizliyidir. Bu apa­rat bütün təhlükəsizlik standartlarına cavab verir. Tubusun başlıq hissəsinə xüsusi qurğu (kollegmator) yerləşdirilir ki, bu da şüalanmanı məhdudlaşdırır. Bu rentgenlər əsasında karies ən ilkin mərhələdə aşkar edilir və müalicə olunur.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Mərkəzi Klinikanın Stomatologiya Mərkəzində beynəlxalq standar­lara uyğun tibbi xidmət imkanları yaradılmışdır. Bu imkan­lardan istifadə edərək xalqımıza layiq olduğu stomatoloji xidmət göstərməkdən qürur duyuruq.


 

Məqalələr

Sinus Lift və aqumentasiya əməliyyat nədir? (Stomatoloq Dr. Elçin Əsədov)

Burun və boğaz xəstəliklərinin diş sırasında və alt-üst... (Stomatoloq Dr. Rəşadə Əsadova)

Stomatoloji xidmətlər, Dental Ressesiya nədir? (Stomatoloq Dr. Azər Əliyev)


 

Videolar


Ad, soyad İxtisas Bölmə
Dr. Azər Əliyev Stomatoloq Stomatologiya
Dr. Elçin Əsədov Stomatoloq Stomatologiya
Dr. Orxan Salmanov Stomatoloq Stomatologiya
Dr. Rəşadə Əsadova Həkim-ortodont Stomatologiya
Dr. Tərlan Hüseynov Stomatoloq Stomatologiya
Dr. Vüqar Verdixanov Stomatoloq Stomatologiya