Xəbərlər

Uşaq cərrahiyəsi və Urologiya bölməsində uğurlu keçən əməliyyat

Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və Urologiyası bölməsində Uzman Dr. Fuad Hüseynov tərəfindən tərəfindən daha bir uğurlu əməliyyat icra edildi. Xəstə rayonlardan birində doğularaq anal dəliyinin olmaması səbəbiylə Mərkəzi Klinikaya köçürülmüşdür. 

Fiziki müayinədə anal dəliyin uşaqlıq yolunun altına açıldığı görüldü. Xəstəyə rektoperineal fistula diaqnozu qoyuldu. Uşağın rahat defekasiyası üçün 3 ay boyunca  genişləndirmələr icra edildi. 3 aylığında xəstəyə Anal transpozisiya (Anal dəliyin normal yerinə gətirilməsi )  əməliyyatı icra edildi.

Elektrik stimulyasiya ilə anal sfinkterin yeri təyin olunaraq  düz bağırsaq uşaqlıq yolundan ayrılaraq nəcis  saxlamağa cavabdeh olan sfinktor əzələ kompleksinin içindən keçirilərək tikildi. Xəstə normal şəkildə evə yazıldı.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):