Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və Urologiyası bölməsində Uzman Dr. Fuad Hüseynov tərəfindən daha bir uğurlu əməliyyat icra olundu. 2 aylıq uşağa diafraqma yırtığı (hiatal yırtıq) səbəbi ilə diafraqma yırtığının təmiri və fundoplikasiya əməliyyatı icra olundu. Yaxınları tərəfindən yazılmış təşəkkür məktubunu təqdim edirik:
Baş direktor başda olmaqla, uşaq cərrahları Dr.Fuad Hüseynov və Dr.Günel Əmiraslanova, uşaq reanimatoloqları Dr.Sevda Əsədova, Dr.Sevinc Abbasova, Dr.Rəna Qasımova, anestezioloqlar Dr.Asəf Məmmədov və Dr.Vüqar Ömərliyə nəvəm Əlibabayeva Bətulun yenidən həyata qayıtmasına köməklik göstərdikləri üçün təşəkkür edirəm.
Xüsusən, Dr.Fuad Hüseynova və Dr.Günel Əmiraslanovaya öz səmimi təşəkkürümü bildirirəm. Onların tibbi təcrübələri, diqqət və qayğıları Bətul nəvəmi həyata qaytardı. Allah onlardan razı olsun.

