Xəbərlər

Uzman Dr. Fuad Hüseynov tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirildi.

Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və Urologiyası bölməsində Uzman Dr. Fuad Hüseynov tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirildi.

5 yaşında olan xəstədə 6 gün öncə günəbaxan tumu yemə sonrası boğulma müşahidə edilmiş, bundan sonra xırıltılı öskürək, tənəffüs çatışmazlığı, temperaturun yüksəlməsi şikayətləri başlamış və xəstə valideyinləri tərəfindən Klinikamıza gətirilmişdir. Çəkilmiş Döş qəfəsi kompüter tomaqrafisyasında sol ağciyərin atelektazı (sol ağciyərin qapalı olması) plevromediastenium (divar aralığına hava dolması) dəri altı emfizema (dərialtına hava dolması) əlamətləri görüldü. Xəstəyə “Yad cism aspirasiyası” dioqnozu qoyularaq bronxoskopiya (işıqlı alətlə girilərək) icra edilərək texniki çətinliklərlə günəbaxan tumlarının qabığı xaric edildi. Antibiotik müalicəsindən sonra xəstə normal vəziyyətdə evə yola salındı.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):