Xəbərlər

16–19 aprel 2026-cı il Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin növbəti konqresi.

16–19 aprel 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (ASCVTS) 34-cü illik konfransında Mərkəzi Klinikanın həkimləri öz elmi işləri ilə yüksək səviyyədə təmsil olunublar.
Konfrans çərçivəsində AÜDCC-nin fəxri sədri, Professor Kamran Musayev Hipertrofik Kardiomiopatiyaların cərrahi müalicəsinə həsr olunmuş sessiyada məruzə ilə çıxış etmiş, eyni zamanda müxtəlif elmi sessiyalara sədrlik edərək beynəlxalq elmi müzakirələrə mühüm töhfə vermişdir.
Dr. Kamran Əhmədov Anadangəlmə ürək qüsurlarının mini-invaziv cərrahiyyəsi sahəsində Mərkəzi Klinikanın təcrübə və nəticələrini təqdim etmiş, bu istiqamətdə əldə olunmuş nailiyyətləri beynəlxalq auditoriya ilə bölüşmüşdür.
Konfransda Mərkəzi Klinikanın həkim-rezidentləri Faxrəddin Ələkbərov və İlkin Osmanov da e-poster təqdimatları ilə iştirak edərək elmi fəaliyyətə aktiv şəkildə qoşulmuşlar.
Ümumilikdə, konfransda Mərkəzi Klinikadan 6 elmi iş qəbul edilmişdir ki, bunlardan 1-i şifahi məruzə (oral təqdimat), 5-i isə e-poster formatında olmuşdur. Bu göstəricilər mərkəzin elmi fəaliyyətinin və beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Mərkəzi Klinikanın bu cür nüfuzlu beynəlxalq konfranslarda fəal iştirakı ölkəmizdə ürək-damar cərrahiyyəsinin inkişafına, elmi bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə təmsil olunmasına mühüm töhfə verir.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):