Xəbərlər

Stanford Medicine Children's Health

Stanford Medicine Children's Health uşaq kardiocərrahı, həmyerlimiz Dr. Teymur Nəsirov 01.05.2023-cü il tarixində Mərkəzi Klinikanı ziyarət etmişdir.
 
Mərkəzi Klinikanın Baş Direktoru Həsən Qəndilov qonağı kollektivə təqdim etmişdir. Prof. Dr. Kamran Musayevin rəhbərliyi altında çalışan komandanın işləri ilə tanış olan qonağımız Mərkəzi Klinikadakı Ürək-damar cərrahiyyəsi şöbəsinin fəaliyyəti ilə də yaxından tanış olmuş və mayın 1-də Mərkəzi Klinikada icra edilən ürək əməliyyatlarında da iştirak etmişdir.
 
Günün sonunda qonağımız bizimlə xoş təəssüratlarını bölüşmüş və ölkəmizdə bu cür yüksək səviyyəli ürək-damar mərkəzinin olmağının məmnuniyyətini dilə gətirmişdir.
 
Mərkəzi Klinika hər zaman xidmətinizdə!
 
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):