Xəbərlər

Pediatrik Seminar

Bakı Mərkəzi Kliniki Xəstəxana və Bonum Medicalda (Şəki şəhəri) birgə lahiyyəsi olaraq 12 Iyun tarixində Pediatrik seminar baş tutacaq. Seminarda pediatrik diaqnostika və müalicə sahələrinin aktual məsələləri müzakirə olunacaq, təcrübə mübadiləsi həyata keçiriləcək. Artıq 1 ilə yaxın müddətdir ki Bakı Mərkəzi Kliniki xəstəxana ilə Bonum Medikalın əməkdaşlığı müxtəlif sahələrdə uğurla davam edir. Mütəmadi olaraq Pediatrik kardiologiya, pediatrik nevrologiya, pediatrik uro-cərrahiyyə sahələri üzrə Bakı Mərkəzi Klinik Xəstəxananın təcrübəli və ixtisaslaşmış mütəxəssisləri Bonum Medical klinikasına dəvət olunur, pasientlərə uyğun sahələrdə xidmət göstərirlər. Bu yerli pediatrlar üçün də böyük üstünlük təmın edir, onların pasientlərinin ehtiyacı olduqda dar-ixtisaslaşmış sahənin mütəxəssisləri ilə konsultasiyası, bilgi mübadiləsi, müalicənin birlikdə təşkilini təmin edilir.
Artıq əməkdaşlığımızı daha yüksək səviyyəyə daşımağı,praktik seminarlarda birbaşa fikir və bilgi mübadiləsi aparmağı ,daha sıx,canlı ünsiyyət qurmağı düşünürük.Bunun üçün də birlikdə seminar planladıq. Şimal bölgəsinin bütün pediatr və neonatoloqlarını seminara dəvət edir,bizimlə birlikdə bilgi və təcrübələrini paylaşmağa çağırırıq.Birlikdə təkmilləşməyin ən yaxşı yolu olan bilgi mübadiləsi üçün belə seminarların rolu əvəzsizdir.

Əziz kolleqalar,gəlin birlikdə yenilikləri öyrənək,təcrübələrimizi paylaşaq,söhbət edək,dostluq və əməkdaşlığımızı möhkəmləndirək!!
Ünvan: Bonum Medicalda Şəki, Azərabycan Zərifə Əliyeva k.90



Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):