Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür!
Mərkəzi Klinika Gəncə Xəstəxanasının kollektivi olaraq 28 May Müstəqillik Günü münasibətilə bütün xalqımızı təbrik edirik!
Qoy çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qoruyaq və möhkəmləndirək!
Yaşasın Azərbaycan!