Xəbərlər

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan rezidentlərin 10-cu elmi-təcrübi konfransı

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan rezidentlərin 10-cu elmi-təcrübi konfransı (ATUREK-10) çərçivəsində keçirilmiş müsabiqənin qalibləri ilə görüşüb. Plenar iclasda çıxış edən rezidentlərdən bəziləri münsiflər heyəti tərəfindən qalib seçilib. Onlardan biri də Mərkəzi Klinikanın Ürək-Damar Cərrahiyyəsi şöbəsinin həkim-rezidenti Natiq Məmmədovdur.

Bu münasibətlə rektor professor Gəray Gəraybəyli Dr.Natiq Məmmədova diplom təqdim edib.

Mərkəzi Klinika kollektivinin adından Dr. Natiq Məmmədovu ürəkdən təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):