Yaşamaq üçün apardığı mübarizə 1 günlük körpə, hər iki böyrəyini itirmək təhlükəsi.
Hələ hamiləliyin 6-cı ayında valideynləri qorxu içərisində bizə müraciət etmişdilər. Hələ anasını bətnində olandan sidiyə çətinliklə çıxırdı, sidik kisəsinin ölçüləri olduqca böyük idi, dölyanı maye azalırdı, hər iki böyrəyində və sidik axarlarında ciddi genişlənmə mövcud idi
Dünyaya gəldiyi gündən də sidiyə çıxa bilmədi, məcburi sidik kateter taxıldı və sonra doğulduğu klinikadan bizim klinikaya gətirildi.
Bəs körpəni bu vəziyyətə salan səbəb?
- Sidiyə çətin çıxmasının səbəbi sidik kisəsinin çıxışında olan pərdə posterior uretral valve idi.
- Üstəlik də sidik hər iki sidik axarından böyrəklərə geri qayıdırdı. (Bilateral grade 5 Vezikoüreteral reflüks)
- Belə vəziyyətdə gözləmək hər iki böyrəyin itirilməsi demək idi...
- Ona görə də məcburi cərrahi əməliyyat qərarı verildi.
- Kamera ilə sidik kanalından girilərək sidiyin axmasına mane olan pərdə kəsildi (PUV ablasiyası)
- Sidik rahat boşalsın deyə sidik kisəsi müvəqqəti qarnın ön divarına kiçik dəlik şəklində birləşdirildi(Vezikostomiya+Sünnət)
- Əməliyyatdan 1 gün sonra evlərinə yola saldıq.
- Davamlı bizim və nefroloqun nəzarətində olacaq.
- Onu 1 yaşına yenə bir cərrahi əməliyyat gözləyir,onun da öhdəsindən gələcəyinə inanırıq.
Pediatriya şöbəsi, Uşaq Cərrahı T.ü.f.d. Dr. Fuad Hüseynov @usaq_cerrah_uzman_dr.fuad
105
(+994) 12 492 -10 -92
(+994) 50 211-55-81