"Bir müddətdir ki, dializ alan xəstəmiz böyrək nəqli qərarını verdiyində 3 bacısı da donor olmaq üçün müayinələrdən keçdi. Ən uyğun donor olan bacısının bağışladığı böyrəklə yenidən sağlam həyatına qayıtdı".
Aztibb.az-a Mərkəzi Klinikadan bu barədə məlumat verilib.
Bildirilib ki, 2 gün əvvəl həyata keçirilmiş böyrək nəqli ilə kreatin dəyərləri tam normal səviyyəyə çatıb. Əməliyyat olunan gün bu göstəricilər 9,2mg/dL idi. Hazırda hər ikisinin vəziyyəti tam normaldır.
Qeyd edək ki, Mərkəzi Klinika Gəncə xəstəxanasında mayın 13-də Mərkəzi Klinika Bakı xəstəxanasının Orqan Transplantasiyası komandası pasiyentləri qəbul edəcək.
Böyrək və qaraciyər çatışmazlığından və eyni zamanda dializ və sirroz xəstəliyindən əziyyət çəkən xəstələrin müayinəsi ödənişsiz olacaq.