Xəbərlər

Tək xayasını itirmək təhlükəsi ilə üzləşən gənc uğurla əməliyyat olunub

2 il öncə sağ xayasında burulma olan və əməliyyatı gecikdirdikləri üçün xaya nekroz olaraq çürümüş, sağ xayası çıxarılmış 17 yaşlı oğlan digər xayasını da itirmək təhlükəsi ilə rastlaşıb.
 
Aztibb.az xəbər verir ki, pasiyent hadisənin üzərindən 7 saat keçdikdən sonra gecə saatlarında Mərkəzi Klinikaya ümidsiz halda qorxu içərisində müraciət edib. Müayinələr zamanı məlum olub ki, xaya öz damarları ətrafında burulduğu üçün qidalana, qanlana bilmir.
 
Tək xayanı qoruya bilmək üçün zamanla yarışan cərrah Fuad Hüseynovun başçılıq etdiyi tibbi komanda pasiyenti təcili əməliyyata alıb. Hadisənin üzərindən 7 saatdan çox vaxt keçməsinə baxmayaraq xaya toxumasının hələ də canlı qaldığı müəyyən edilib. 1 gün sonrakı doppler müayinəsinin xayanın qanlanmasının normal olduğunu göstərib. Pasiyent bütün riskləri geridə qoyaraq yaşadıqları rayona yola salınıb. 
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):