Xəbərlər

Hansı miomalar cərrahi əməliyyatla çıxarılmalıdır? - Mərkəzi Klinikanın cərrah mama-ginekoloqu açıqladı

Mioma uşaqlıq yolunda və ya onun ətrafında inkişaf edən xoşxassəli şişlərdir. Qadınların 25%-dən 50%-ə qədərində mioma var. Ölçüləri çox zaman kiçik olduğundan və hər hansı bir şikayətə səbəb olmadığınsan qadınların əksəriyyəti miomanın varlığından xəbərsiz ola bilərlər.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Klinikanın cərrah mama-ginekoloqu, süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimaliyeva hansı miomaların cərrahi müdaxilə tələb etdiyini açıqlayıb.
 
Həkimin sözlərinə görə, əgər miomalar uşaqlıq yolundan uzaqdadırsa və heç bir təzyiq göstərmirsə, onların çıxarılmasına ehtiyac yoxdur. Lakin uşaqlıq yolunda təzyiq və tez-tez sidiyə getmə, ağrı kimi əlamətlərə səbəb olarsa miomaların alınmasında fayda vardır.
 
 S.Sevdimalıiyeva qeyd edib ki, ümumiyyətlə, 6-7 sm-dən böyük olan miomalar xəstədə şikayətlərə səbəb olarsa, ağrı və qanaxma kimi problemlər yaradarsa, uyğun cərrahi əməliyyatla çıxarılmalıdır.
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):