Mərkəzi Klinikada uzun illərdir sağ çiyin ağrısı olan 69 yaşındakı xəstəyə çəkilən rentgenlər nəticəsində çiyin artrozu diaqnozu qoyulub.
Aztibb.az xəbər verir ki, Mərkəzi Klinikanın Ortopediya, Travmatalogiya, İdman Həkimliyi şöbəsinin uzman həkimi Yasin Haqverdiyev tərəfindən müasir ortopediyanın tələblərinə uyğun olaraq xəstəyə çiyin endoprotezi əməliyyatı (reverse shoulder arthroplasty) icra olunub.
Xəstə 1 gün sonra evə yola salınıb.