Xəbərlər

Yaz aylarında allergiyası olan uşaqların səhhətində kəskinləşmə müşahidə olunur

Fevral ayının ortalarından başlayaraq ağacların çiçək açması ilə onların polen adlı hissəcikləri havaya qarışır. Bu hissəciklər həssas uşaqların gözlərinə, dərisinə, burununa və tənəffüs yollarına daxil olaraq bir çox allergik xəstəliklərə və ya mövcud olan allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur. 
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Pediatriya şöbəsinin pediatr-allerqoloqu Sevinc Abdullayeva yaz aylarında uşaqllarda rast gəlinən allergik xəstəliklər haqqında danışarkən deyib. 
 
Həkim gözdə şişmə, qızarma, sulanma, qaşınma ilə müşayiət olunan allergik konyuktivit, burun tutulması, qaşınma, asqırma kimi şikayətlərlə özünü göstərən allergik rinitlə bağlı müraciət edənlərin sayının bu aylarda daha da artdığını qeyd edib. 
 
S.Abdullayeva, həmçinin allergik bronxiti olan uşaqların yaz aylarında səhhətində kəskinləşmələrin müşahidə olunduğunu, onlarda öskürmə, xışıltı, nəfəs darlığı, boğulma və s. əlamətlərinin yarandığını bildirib. 
 
Pediatrik allergik xəstəliklərdən olan uşaqlarda alergik astma, xışıltılı təkrarlanan tənəffüs, burun allergiyaları, göz allergiyaları, qida allergiyaları, alergik rinit, alergik konyuktivit, atopik dermatit kimi problemlərin aradan qaldırılması üçün həkim S.Abdullayevaya müraciət edə bilərsiniz. 
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):