Xəbərlər

Boru hamiləliyinin diaqnozu və müalicəsi necə aparılır?

Boru hamiləliyi hamiləlik patologiyası olub, döl yumurtasının uşaqlıq borusuna implantasiyası ilə xarakterizə edilir. Onun təzahürləri hamiləliyin müddətindən və başa çatma formasından asılıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın cərrah mama-ginekoloqu, süni mayalanma üzrə mütəxəssis Əsmər Axundova məlumat verib.
 
"Boru hamiləliyi bəzən simptomsuz gedir. Digər hallarda isə ağrı sindromu, uşaqlıq yolundan qanlı axıntı, müxtəlif intensivlikli daxili qanaxma ilə müşayiət olunur. Diaqnoz anamnestik məlumatlara, ginekoloji müayinə və USM nəticələrinə, eləcə də qanda xorionik qonadotropinin səviyyəsinə əsasən qoyulur", - deyə həkim bildirib. 
 
O, boru hamiləliyinin müalicəsinin adətən cərrahi yolla həyata keçirildiyini qeyd edib. Əlavə edib ki, uşaqlıq borusu partladıqda isə eyni zamanda intensiv terapiya da aparılır.
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):