Xəbərlər

Blefarospazm və hemifassial spazm zamanı effektiv müalicə üsulu botulinum toksin inyeksiyasıdır

Blefarospazm və hemifassial spazm zamanı effektiv müalicə üsulu botulinum toksin inyeksiyasıdır - Nevroloq

 
Blefarospazm 1 və ya hər 2 göz qapağının, hemifassial spazm isə 1 və ya hər 2 üz yarısının qeyri-iradi yığılması dartılması vəziyyətidir. Xəstəlik yeni başlayanda bəzən gözdə quruma və ya əksinə sulanma, diskomfort hissi, səyrimə şəklində özünü büruzə verir, sonradan səyrimələr (el arasında bunlara tikler deyilir) artır, spazm şəklində olan yığılmalara çevrilir. 
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Terapiya şöbəsinin nevroloqu Lalə Əliyeva məlumat verib. 
 
Həkim bildirib ki, xəstəliyin səbəbi dəqiq bilinmir, genetik, stress fonunda, beynin infeksion, damar, metabolik mənşəli səbəblərindən yarana və ya idiopatik ola bilər. 
 
Diaqnozu nevroloji müayinə, ətraflı anamnez vasitəsilə qoyulur. Özbaşına sağalma mümkün deyil. Medikamentoz vasitələr effektiv olmur və ya qısa müddətli təsir edir. Ən effektiv müalicə üsulu botulinum toksin inyeksiyasıdır.
 

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):