
1 yaşında uşaq yemək yediyi zaman qəfildən boğulmağa, göyərməyə başlayıb. Valideynləri ilk növbədə "çöpçü"yə müraciət ediblər.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
O, bildirib ki, çöpçü uşağın narahatlığını aradan götürə bilmədiyi üçün Bakının klinikalarından birinə müraciət ediblər. Bu dəfə də problem həll edilmədiyinə görə, valideynlər Mərkəzi Klinikaya üz tutublar:
"Gecə saatları olsa da, təcili əməliyyat qərarı verildi. Bronxoskop - yəni işıqlı alətlə nəfəs borusuna girilərək yerkökü parçası çıxarıldı. Uşaq rahat nəfəs almağa başladı. 1 gün sonra tam sağlam evlərinə getdi".

