EEQ-Elektroensefaloqrafiya bütün yaş qruplarında beyin elektrik aktivliyini müəyyən etməkdə istifadə olunan müayinə üsuludur.
Aztibb.az xəbər verir ki, Mərkəzi Klinikanın Pediatriya şöbəsinin uşaq-nevropatoloqu Fəxriyyə Həsənovanın sözlərinə görə, bu müayinə metodu epileptik xəstəliyin diaqnozunda əsas və həlledici rol oynayır:
"Bu qrup xəstəliklərin bir qismi yenidoğulmuş dövründən özünü büruzə verir, yenidoğulanlarda qeyd olunan qıcolma xarakterli əlamətlərin epileptik xəstəliyə aid olması şübhəsi varsa, EEQ-dən sonra diaqnoz dəqiqləşdirilir".
Həkim əlavə edib ki, müayinə metodu ağrısızdır, elektrodlar yardımıyla beyin elektrik aktivliyinə baxılır. Xəstəliyin tipindən, uşağın ümumi vəziyyətindən asılı olaraq EEQ müddəti minimum yarım saat olmaqla müxtəlif zaman kəsiyində aparılır.