Xəbərlər

8 May Beynəlxalq Talassemiya Günü

Hər il mayın 8-i bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. 

Talassemiya irsi keçən qan xəstəliyidir. Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı səbəbindən yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

Qeyd etmək istərdik ki, Respublikamızda mövcud dövlət proqramı çərçivəsində talassemiyalı xəstələrə xüsusi qayğı göstərilir.

Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):