
Bu gün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, Oftalmologiya sahəsi üzrə ilk qadın Akademik, Tibb elmləri doktoru, Professor, Zərifə xanım Əziz qızı Əliyevanın anadan olmasının 98-ci ildönümüdür. Onun elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Zərifə xanım Əliyeva respublikamızda da, onun hüdudlarından kənarda da kifayət qədər tanınmış bir alimdir. Oftalmologiya sahəsinə gətirdiyi yeniliklər, neçə-neçə elmi məqaləsi, kitabları dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilir. Görkəmli alim, peşəkar həkim olmaqla yanaşı gözəl insan, qayğıkeş ana kimi də insanların qəlbində hər zaman yaşayır. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanı hörmətlə anırıq!