Mərkəzi Klinika Xəstəxanasında Uşaq cərrahiyyəsi və urologiyası Uzmanı Dr. Fuad Hüseynov tərəfindən uşaqlarda nadir rastlanan xəstəlik Sağ aksesuar bronx səbəbi ilə Sağ ağciyər üst lobektomiyası cərrahi əməliyyatı icra edilib.
Mərkəzi Klinika Xəstəxanasında Uşaq cərrahiyyəsi və urologiyası Uzmanı Dr. Fuad Hüseynov və cərrahi komandası tərəfindən nadir rast gəlinən xəstəlik (rastgəlmə tezliyi 0.07-0.5%) Sağ aksesuar bronx səbəbi ilə Sağ ağciyər üst lobektomiyası cərrahi əməliyyat icra edilib. Əldə etdiyimiz məlumatlara görə bu diaqnoz səbəbi ilə yenidoğulmuşlarda icra edilən əməliyyat Azərbaycanda ilk dəfə klinikamızda icra olunub və uğurla nəticələnmişdir. Xəstə Mərkəzi Klinikada 37 yaşlı ana tərəfindən süni mayalanma vasitəsilə keysəriyyə əməliyyatı ilə dünyaya gətirilmişdir. Doğum çəkisi 3400 qr. tənəffüs çatışmazlığı səbəbilə süni tənəffüs aparatına qoşulmuşdur.
Ağciyər Rentgenində - Sağ ağciyər üst payının atelektaziyası görüldü. 2 gün süni ventilyasiya aparatında təqibdən sonra Sağ ağciyər üst payının atelektazı davam etməsi səbəbiylə Döş qəfəsi KT-si çəkildi və cavabına əsasən xəstəyə bronxoskopiya düşünüldü. Bronxoskopiyada sağ aksesuar bronx aşkarlandı. Xəstənin Sağ aksesuar bronx diaqnozu təsdiqləndi. Sağ ağciyər üst lobektomiyası əməliyyatı icra edildi.Əməliyyatdan 1 həftə sonra xəstə tam normal şəkildə evə yazılmışdır. Mərkəzi Klinikanın başda Dr. Sevda Əsədova olmaqla neonotoloji reanimasiya və Dr. Asəf Məmmədov olmaqla əməliyyatxana kollektivinə təşəkkür edirik.
Əməliyyatdan görüntülər üçün tıqlayın!

