Xəbərlər

İlk tibbi yardım təlimlərinə start verildi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Amerika Ürək Assosiasiyasının Beynəlxalq Təlim Mərkəzi olan “Uptodate İn Medicine” sertifikatlaşdırılmış dünya səviyyəli ilk tibbi yardım təlimlərinə start verildi.

Mərkəzi Klinikanın tibb bacıları AHA İnternational training Center tərəfindən beynəlxalq sertifikatlaşdırılmış CPR BLS (“Təməl Həyata Dəstək”)  təlimlər almağa başlamışlar.

Bütün təlim kursları peşəkar, sertifikatlaşdırılmış (diplomlu) instruktorlar tərəfindən aparılır. Təlim həm nəzəri, həm də praktik (“hands-on”) hissələrdən ibarətdir. İnteraktiv formatda aparıldığına, audio-vizual və digər əyani vəsaitlərdən istifadə edildiyinə görə təlim kursu yorucu olmur və məlumatların daha yaxşı qavranılmasına imkan verir.

Təlimdə əhatə olunan mövzular:

  • CPR
  • Astma
  • Yanıqlar
  • Qanaxma
  • Qıcolmalar
  • Sümük sınıqları
  • Təhlükəsizliyin təminatı
  • Yumşaq toxuma zədələnməsi
  • Hadisə yerinin qiymətləndirilməsi
  • Döş ağrısı (məs., infarkt) (aşkarlama)
  • AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə
  • Həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi
  • Daha təkmilləşmiş tibbi yardım briqadası gələnədək, həyati vacib ilk tibbi yardım tədbirlərinin görülməsi
  • Daha təkmilləşmiş ilk tibbi yardım bacarıqlarını əldə etmək üçün əsas bilik və bacarıqların mənimsənilməsi
  • Digər: konkret sənaye müəssisəsi və ya iş yerinə aid digər məsələlər

Qeyd etmək istərdik ki, təlimi keçmiş bir qrup tibb bacıları artıq AHA sertifikatları ilə təltif olunmuşdur. Digər qrupların təlimləri isə hal-hazırda davam etməkdədir.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):